Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Marja.az saytına istinadən Icma.az xəbər verir.
Oktyabrın 2-də Mərkəzi Bankın sədri Taleh Kazimov Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevi qəbul edib.
Görüş zamanı Zakir Nuriyevin 65 illik yubileyi münasibətilə təbriklər çatdırılıb, uzun müddət bank rəhbəri, eləcə də ABA-nın prezidenti kimi bank sektorunun dayanıqlılığının artırılması istiqamətində fəaliyyəti və sektora verdiyi töhfələr yüksək qiymətləndirilib.
Mərkəzi Bankın sədri qeyd edib ki, Zakir Nuriyevin ABA rəhbəri kimi fəal idarəçiliyi və təşəbbüsləri bank sektorunda əməkdaşlıq əlaqələrinin güclənməsinə, eləcə də sahənin davamlı inkişafında mühüm rol oynayıb. O, Zakir Nuriyevin fəaliyyəti nəticəsində sektorda qurulan konstruktiv əməkdaşlıq atmosferinin bankçılıq sahəsinin inkişafında əhəmiyyətini xüsusi vurğulayıb.
Zakir Nuriyev göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 02 Oktyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















