Mərkəzi Bankın sədri manatın məzənnəsindən danışdı
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"2022-ci ildən etibarən Mərkəzi Bank tərəfindən pul siyasətinin ötürücülüyünün gücləndiriləməsi üzrə həyata keçirilən islahatlar iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına səbəb olub. Belə ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1% azalaraq oktyabr ayının nəticələrinə əsasən 28,5% səviyyəsinə enib və tarixi minimumdur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
"Qeyd olunan dinamika həm məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu, həm də manata inamın davamlı gücləndiyini göstərir. Bu milli valyutamız üçün əsas naliyyyətlərdən biridir", - deyə AMB sədri bildirib.
Anar Kəlbiyev
Baxış sayı:33
Bu xəbər 19 Noyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















