Keçmiş prokurorlar, hakimlər, polislər nəvələrini övladlığa götürür, vəfat edəndən sonra isə pullarını onlar alır ASLAN İSMAYILOV MALİYYƏ NAZİRİNƏ SƏSLƏNDİ
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın tanınmış hüquqşünası Aslan İsmayılov maliyyə naziri Sahil Babayevə müraciət edib.
Gununsesi.info-nun xəbərinə görə, Aslan İsmayılov nazirə ünvanladığı müraciətində ondan bir sıra məsələləri həll etməsini istəyib:
“Çox yaxşı bilirəm ki, bu gün büdcəyə vəsait toplamağa, xüsusilə də Qarabağda aparılan tikinti və abadlıq işlərinə görə ciddi ehtiyac var. Buna görə də bu gün onsuz da ehtiyac içində sürünən kasıb təbəqəyə zərər vermədən vəsait, özü də xeyli vəsait toplamaq üçün mənbəni göstərirəm.
Uzun illər Maliyyə Nazirliyinə rəhbərlik edənlər və digər məmurlar yalnız öz ciblərini düşündüklərinə görə büdcənin talanması prosesi baş verib. Bu prosesin ən eybəcər tərəfi isə o olub ki, ən yüksək maaş alan məmurlar — xüsusilə keçmiş prokurorlar, hakimlər, polislər və digər vəzifəlilər — öz nəvələrini sağ ata-anaları ola-ola “övladlığa” götürüblər ki, onlar vəfat etdikdən sonra da geridə qalanları büdcəni talan etməyə davam etsinlər.
Bu tip məmurların çoxu qanunsuz yolla “övladlığa” götürdükləri nəvələrinin 18 yaşına çatana qədər “himayəçisini” itirdiyinə görə onların maaşları və ya təqaüdləri qədər hər ay büdcədən pul alıblar. Üstəlik, bu məbləğ 300–500 manat deyil, 3000 manatdan başlayaraq 10000 manata qədər olub. Bu, büdcədən oğurlanmış vəsaitdir və bunların hər biri ilə bağlı cinayət işi qaldırılmalı, pullar isə büdcəyə qaytarılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 24 Oktyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















