Icma.az
close
up
RU
Mərkəzi Bankın yeni qərarı kredit faizlərinə necə təsir göstərəcək? AÇIQLAMA

Mərkəzi Bankın yeni qərarı kredit faizlərinə necə təsir göstərəcək? AÇIQLAMA

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"Mərkəzi Bank bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edib. Bunun bank sektorunda müşahidə edilən yüksək kreditləşmə dinamikası, bankların mənfəətliliyi və maliyyə dayanıqlılığı göstəriciləri və xüsusən də cəmi kredit portfelinin ÜDM-ə nisbətinin uzunmüddətli trendi və cari göstəricisi arasındakı fərq nəzərə alınmaqla qəbul olunduğu bildirilir".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, kontr-tsiklik kapital buferi Basel III tənzimləyici kapital çərçivəsinin bir hissəsidir:

"Bu kreditlərin həddindən artıq artımı dövrlərində əlavə kapital yaratmaq mexanizmidir və məqsəd riskləri tənizmləməkdir. Digər tərəfdən, bu bufer bank sektorunun kapital tələblərinin bankların fəaliyyət göstərdiyi makro-maliyyə mühitini nəzərə almasını təmin etmək məqsədi daşıyır. Onun əsas hədəfi bank sektorunu dövrü sistem miqyasında riskin yüksəlməsi ilə bağlı izafi məcmu kredit artımlarından qorumaq üçün daha geniş makroprudensial mühitə nail olmaqdır. Əksər inkişaf etmiş ölkələrdə 1-ci dərəcəli kapitalı üzərində 0% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilsə və ya bufer təyin edilməsə də, bir sıra dövlətlərdə, o cümlədən Danimarka (2.5%), Norveç (2.5%), Böyük Britaniya (2.0%), Niderland (2.0%), İsveç (2.0%), İrlandiya (1.5%), Çex Respublikası (1.25%), Fransa (1.0%), Avstraliya (1.0%), Koreya (1.0%), Honq-Kong (1.0%), Almaniya (0.75%) əlavə hədlərindən istifadə olunur. Bununla yanaşı, hələlik ABŞ, Çin, Yaponiya, İtaliya, İspaniya, Kanada, Hindistan kimi böyük iqtisadi güclər buferdə hədlərdən istifadəyə lüzum bilmirlər".

Deputatın sözlərinə görə, bir sıra ölkələrin təcrübəsi göstərir ki, bəzi hallarda bu bufer real iqtisadiyyatın göstəricilərinə neqativ təsir etməklə bank sistemində əlavə kredit itkiləri ilə nəticələnə bilər:

"Bu baxımdan, Basel III tənzimləyici kapital çərçivəsinin tətbiqi digər makro-iqtisadi göstəricilərə təsirlər tam qiymətləndirilərək tətbiq olunur. Azərbaycna Mərkəzi Bankının açıqlamasında bildirilir ki, 2024-cü ilin noyabr ayının sonuna olan məlumatlara əsasən kredit portfelinin illik artımı 19.6% təşkil edib ki, bu da nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyir. Əlavə olunur ki, fəaliyyətdə olan 22 bankın 19-də kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib.  Göründüyü kimi, requlyator bankda kredit portfelinin artım tempininin qeyri-resurs ÜDM-dəki artımı üstələməsinə əlavə kontr-tsiklik kapital buferin tətbiqində əsas səbəblərdən biri yanaşırlar".

V.Bayramov əlavə edib ki, Azərbaycan kredit portfelinin ÜDM-də payı hələ də aşağıdır: "Belə ki, 2023-cü ilin yekunlarında bu nisbət 18.8 faiz idi (23.183 milyard manatlıq kredit portfeli/123.0 milyard manatlıq ÜDM). Dünya Bankının məlumatına görə, ölkəmiz üçün bu nisbət hazırda 23.15 faizdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Birləşmiş Ştatlarda 192.0% (2 dəfəyə yaxın), Böyük Brtianiyada 144.0%, Fransada 120.0%, Avstraliyada 133.8%, Almaniyada 84.0%, Brazliyada 71.78%, Gürcüstanda 66.0%, Rusiyada 54.22%, Türkiyədə 45.59%, Belarusda 29.17 faizdir. Avropa İttifaqında orta göstərici isə 79.0 faizdir. Azərbaycanda özəl sektora verilən kreditlərin ÜDM-də payı nəinki inkişaf etmiş, hətta əksər region dövlətləri ilə müqayisədə aşağıdır. Bu həm də o deməkdir ki, kreditləşmədə artım faizlərinə rəğmən ölkə iqtisadiyyatı ilə müqayisə etdikdə kredit portfelinin həcmi heç də böyük deyil. Mərkəzi Bankın bu qərarının kreditləşməyə təsirlərinə gəldikdə isə kommersiya bankları tərəfindən daha konservativ kredit siyasətinə üstünlük veriləcəyi istisna deyil. Bu bəzi banklarda kredit portfelinin optimallaşması və bır sıra hallarda isə müqayisəli azalmasına səbəb ola bilər. Kredit faizlərinə təsirlərə gəldikdə isə 2024-cü il depozit faizlərinin artması kimi yadda qaldı. Bunun isə kreditləri bahalaşdıracağı gözləniləndir. Bu, depozit siyasətinin optimallaşdırımasını daha da aktuallaşdırır".

Qeyd edək ki, Mərkəzi Bankın bu normativinin tətbiqinə bu il martın 1-dən başlanılacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Yanvar 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri