Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Mərkəzi Elmi Kitabxana ötən il oxuculara xidmət işini təkmilləşdirib AZƏRTAC

Mərkəzi Elmi Kitabxana ötən il oxuculara xidmət işini təkmilləşdirib AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2024-cü ildə müasir kitabxana xidmət sahələrinə inteqrasiya edərək, həm elmi araşdırmalara, həm də cəmiyyətin məlumat ehtiyaclarının qarşılanmasına öz dəstəyini göstərib. Həmçinin oxuculara müxtəlif mövzularda biblioqrafik xidmətlər təqdim etməklə Azərbaycanın elmi və mədəni inkişafına öz töhfəsini verib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, 2024-cü ildə müasir dövrün qarşıya qoyduğu tələblərə uyğunlaşmaq üçün kitabxana öz iş prinsiplərində dəyişikliklər tətbiq edib. Belə ki, xidmət işini təkmilləşdirmək məqsədilə fondlardan oxucuların verdiyi sənəd sifarişinin vaxtı iyun ayından etibarən saat 20:00-dək uzadılıb. Bu yeniliyin tətbiqi oxuculara kitabxana-informasiya xidmətinin səviyyəsinin yüksəldilməsini, onlara operativ, dolğun informasiya xidmətinin həyata keçirilməsini təmin edir. Bundan əlavə, MEK-in fəaliyyəti və zəngin fondları ilə tanış etmək məqsədilə hər ay “Açıq qapı günləri” layihəsi keçirilir. Geridə qalan ilin nailiyyətlərindən biri və AMEA-nın tarixində ilk könüllülük hərəkatı olan “MEK Könüllüləri” də fəaliyyətləri dövründə oxuculara xidmət sahəsində aktiv iştirak ediblər.

Oxucu sorğularının tam və dolğun ödənilməsi üçün MEK ənənəvi fondla bərabər zəngin elektron mətn, audiovizual və müasir dövrün tələblərinə cavab verəcək elektron kataloq sisteminə malikdir. MEK-in elektron kataloqu oxuculara kitabxananın ədəbiyyat fondunun tərkibi ilə tanış olmağı, öz sorğularına operativ və kitabxanaçı biblioqrafın köməkliyi olmadan uzaq məsafədən cavab almağı, ədəbiyyatı uzaq məsafədən sifariş verməyi təmin edir, oxuculara müasir səviyyədə onlayn olaraq xidməti təşkil etməyə şərait yaradır.

Keçən il ərzində oxucular İRBİS-64 proqramı, həm də kataloq-kartoteka sisteminə əsasən ənənəvi formada da biblioqrafik informasiya xidməti üzrə axtarış həyata keçirib. Mərkəzi Elmi Kitabxana oxucularının müraciətləri əsasında kitab, dövri mətbuat, avtoreferat və dissertasiya olmaqla, həm elektron, həm də ənənəvi kataloqda axtarış aparılıb ki, onların da sırasında ən çox sorğu edilən dilçilik, hüquq və tibb sahələri olub. Bununla yanaşı, oxucular bədii ədəbiyyata da maraq göstəriblər. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin əsərləri, o cümlədən ətraf mühitin qorunmasına, tarix və dövlətçiliyə dair kitablar daha çox sifariş olunub.

Xidmətin səmərəli təşkil edilməsi məqsədilə oxuculara sorğu anketləri də təqdim olunur. Bu anketlər vasitəsilə oxucular MEK-də görmək istədikləri yeni kitabları müəyyən edir və kitabxananın fondu bu tələblərə uyğun şəkildə genişləndirilir.

Xatırladaq ki, 18 yaşdan yuxarı hər kəs MEK-ə üzv olmaqla kitabxananın zəngin fondlarından həm yerində, həm də onlayn şəkildə yararlana bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri