Icma.az
close
up
RU
MƏRKƏZİ ELMİ KİTABXANA 100

MƏRKƏZİ ELMİ KİTABXANA 100

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AZƏRBAYCAN ELMİNİN YADDAŞ ARXİVİ

Mənim  Mərkəzi Elmi Kitabxanayla tanışlığım ötən əsrin 90-cı illərinə təsadüf edir. Həm Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi olaraq ixtisas fənlərinin tərkib hissəsi kimi oxuduqlarımla, həm də istehsalat təcrübəsini keçirdiyim müəssisə kimi. Mərkəzi Elmi Kitabxana  haqqında kitabxanaçılıq elminin banisi, professor Abuzər Xələfovun, bir vaxtlar buraya rəhbərlik etmiş dosent Rasim Kazımovun yazdıqları və danışdıqları da  başqa bir tarix idi.

Əməkdaş kimi isə MEK-lə tanışlığım 2020-ci ilin yazına təsadüf edir.Və mən bu tanışlıqdan duyduğum qürurumu sözlə ifadə etməkdə çətinlik çəkirəm.  

Bu il  mənim doğma məkanımın - Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının 100 illiyidir. Bu 100 ildə tarixin müxtəlif dönəmlərində yaşananlar - yaradılması, təşəkkül mərhələləri, fəaliyyətinə göstərilən dövlət qayğısı və digərləri Mərkəzi Elmi Kitabxananı Azərbaycan elminin informasiya məbədinə çevirmişdir. Mən isə bu strateji və taleyüklü missiyanı həyata keçirən kitabxanamızın fəaliyyətinin bəzi məqamlarına işıq tutmağa çalışacam...

TARİXİMİZDƏN 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının əsası Azərbaycanın bir qrup ziyalısı tərəfindən  1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Biblioqrafiya bürosunun fəaliyyətə başlaması ilə qoyulmuşdur.

19 avqust 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Mərkəzi Şurasının Rəyasət Heyətinin iclasında Biblioqrafiya bürosunun işi haqqında məsələyə  baxılmış, cəmiyyətin kitabxanası ilə biblioqrafiya bürosunun  işi birləşdirilmişdir.

1929-cu ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin bazasında Azərbaycan Elmi-Tədqiqat İnstitutu yaradıldı. Cəmiyyətin kitabxanası da həmin dövrdə xeyli zənginləşmiş, maddi-texniki bazasının inkişafı üçün vəsait ayrılmış, ştat vahidi artırılmış, oxucu kontingenti artmış, kitab dövriyyəsi genişlənmişdi.

1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi təşkil edildi ki, bu da kitabxananın fəaliyyətini xeyli genişləndirdi.

1935-ci ildə SSRİ EA Rəyasət Heyəti akademiyanın Azərbaycan filialının yaradılması haqqında qərar qəbul etdi. 1935-ci ildən başlayaraq filialın mərkəzi kitabxanası ilə yanaşı, onun ayrı-ayrı institutları və bölmələri yanında 18 sahəvi elmi kitabxana da yaradılmışdı. Həmin dövrdə kitabxananın fondu 180 min nüsxəyə çatmış, beynəlxalq kitab mübadiləsi genişlənmişdi.

1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar kitabxananın tarixində yeni inkişaf mərhələsi başlandı.

1951-ci ildə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Elmi-Tədqiqat institutlarının kitabxana şəbəkəsinin fəaliyyətini əlaqələndirmək və onlara rəhbərlik etmək məqsədilə Kitabxana Şurası yaradılmış, dövrün görkəmli alimləri şuranın işinə cəlb olunmuşlar.

1963-cü ildə kitabxana  Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə  Azərbaycan Elmlər Akademiyasının Əsaslı Kitabxanasına çevrilmişdir.

1964-cü ildən Azərbaycan  Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən kitabxanada “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası ilə Azərbaycan alimlərinin elmi nailiyyətlərini, onların həyat və yaradıcılığını əks etdirən şəxsi biblioqrafik göstəricilər çap edilmiş və bu iş bu gün də uğurla davam etdirilir.

1967-ci ildə kitabxana Akademiya şəhərciyinə köçürülmüş, “Nizamnaməsi”, strukturu, elmi-metodiki şurası təsdiq edilmiş, oxuculara xidmət işində dövrün  mütərəqqi üsulları tətbiq edilməyə başlanılmışdır.

Həmin illərdə kitabxananın fondu hədiyyələr və şəxsi kolleksiyalar hesabına da  xeyli zənginləşmişdi. Hazırda  Mərkəzi Elmi Kitabxananın fondlarında müxtəlif elm sahələrinin görkəmli nümayəndələrinin 43  adda şəxsi kolleksiyası mövcuddur. Bundan başqa, Akademiklər zalında mövcud olan Diplomatik guşəmizdə  26 ölkənin 33 adda kolleksiyası da qorunmaqdadır.

1972-ci ildə Mərkəzləşmiş Kitabxana Sisteminə çevrilən kitabxana 1978-ci ildən respublika miqyasında təbiət və dəqiq elmlər üzrə əsas depozitar kitabsaxlayıcı kimi fəaliyyət göstərməkdədir.

1984-cü ildən Əsaslı Kitabxana Mərkəzi Elmi Kitabxana  adlanır və respublikamızda nəşr edilən çap məhsullarının pulsuz  məcburi nüsxələrini alır.

MEK-İN FƏALİYYƏTİNƏ DÖVLƏT QAYĞISI

Mərkəzi Elmi Kitabxana hər zaman fəaliyyətində dövlət qayğısı ilə əhatə olunmuşdur.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə kitabxana işinə olan diqqət və qayğı Mərkəzi Elmi Kitabxananın da  işinə müsbət təsir göstərdi, kitabxana pozulmuş əlaqələrini bərpa etdi, yeni-yeni layihələrin iştirakçısına çevrildi, fondlarını zənginləşdirməkdə davam etdi.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 15 may tarixli fərmanı ilə Azərbaycan  Elmlər Akademiyası milli status qazandı. Bu proseslər Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə də öz müsbət təsirini göstərdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının  fəaliyyətinə, bu xüsusda Mərkəzi Elmi Kitabxanaya xüsusi diqqət və qayğısı olmuşdur. Belə ki, kitabxananın müstəqil bina ilə təmin edilməsini, oxuculara həftə ərzində fasiləsiz və iki növbəli xidmət göstərilməsi üçün şərait yaradılmasını  kitabxana-informasiya təminatında keyfiyyətcə yeni tarixi mərhələ hesab edən kitabxana işinin qabaqcıl mütəxəssisləri və akademiya rəhbərliyinin müraciəti əsasında Azərbaycan Milli Elmlər Akademiyasının   Mərkəzi Elmi Kitabxanasına müasir tipli yeni binasının tikilməsi üçün Prezident İlham Əliyev 29 aprel 2011-ci il tarixli sərəncam imzalamışdır. Həmin ilin noyabrında dövlətimizin başçısı kitabxananın yeni binasının təməlini qoymuş, tikinti üçün ilkin olaraq Prezidentin Ehtiyat Fondundan  2 (iki)  milyon manat vəsait ayırmışdır. İnşaat işlərinin başa çatdırılması üçün 2011-2013-cü illərdə Nazirlər Kabinetinin müvafiq sərəncamları  əsasında ümumilikdə 34 milyon manatdan çox vəsait xərclənmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası üçün tikilmiş yeni binanın ümumi sahəsi 28 min kvadratmetrdən çoxdur. Burada  beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Binada mövcud olan 14 oxu zalında eyni vaxtda 1000-dən çox oxucuya elektron və ənənəvi xidmət göstərmək mümkündür.

Kitabxana binasında 4 milyona yaxın sənədin saxlanmasına imkan verən qapalı və xüsusi şəraitli fondlar vardır.

FONDLARIMIZ

Kitabxana fondları cəmiyyətin mədəni və elmi yaddaşının  qorunub saxlanmasında mühüm vasitədir. Fondların zənginliyi və müxtəlifliyi  kitabxananın elmi-tədqiqat və təhsil fəaliyyətində nə dərəcədə əhəmiyyətli rol oynadığının göstəricisidir. Mərkəzi Elmi Kitabxananın da digər kitabxanalar kimi çoxsaylı fondları var: Azərbaycan dilində ədəbiyyat fondu; Xarici dillərdə ədəbiyyat fondu; Nadir kitablar fondu; Heydər Əliyev və Azərbaycan dövlətçiliyi  fondu; Qarabağ müharibəsi qəhrəmanları fondu; İxtisas ədəbiyyatı fondu; Mübadilə fondu. Bu fondların hər birində toplanmış ədəbiyyatlar oxucu məmnunluğuna xidmət göstərməklə yanaşı, həm də biliklərin nəsildən-nəslə ötürülməsi üçün dayanıqlı platformadır.

Azərbaycan, rus,türk, fars, ərəb, ingilis, alman, fransız və digər dillərdə olan fondların xronoloji əhatəsi XVI-XXI əsrləri əhatə edir.

Hazırda Mərkəzi Elmi Kitabxana  50-dən artıq dildə dünya ədəbiyyatı, tarixi, elmi və incəsənətini özündə əks etdirən 1,5 milyona yaxın sənədin qorunub saxlandığı, 10 mindən artıq istifadəçiyə eyni  zamanda xidmət göstərən elmi mərkəzdir.

Ölkə kitabxanaları içərisində ən qədim kitab da bizim kitabxanamızda  qorunmaqdadır. Kitab 1502-ci ilə aid  “Müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət  heptologiya”  monoqrafiyasıdır.

ELMİ FƏALİYYƏTİMİZ

4 yanvar 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi təsdiq edildi.  Elə həmin il kitabxananın nəzdində aspirantura şöbəsinin yaradılması və burada  kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq  ixtisası üzrə kadr hazırlığına başlanması bu istiqamətdə atılmış strateji addımlardan biri olmuşdur.

Kitabxanada elmi müəssisə kimi elmi nəşrlər də çap olunub. Bu nəşrlərin ilki 1979-cu ildə Azərbaycan SSR Elmlər Akademiya  Əsaslı Kitabxanasının “Kitabxana-biblioqrafiya və məlumat məsələləri” adlı məqalələr məcmuəsidir. Nəşrin çapına Azərbaycan SSR Elmlər Akademiyası Redaksiya-nəşriyyat Şurası  qərar verib.  Qeyri-məlum səbəbdən bu nəşrin 2-ci sayı uzun illər sonra   1988-ci ildə işıq üzü görüb. Nəhayət,  nəşrin 3-cü nömrəsi 2000-ci ildə “Elmi əsərlər” adı ilə 2013-cü ilədək ildə bir və ya iki sayda oxucularının görüşünə gəlib. 

AMEA Rəyasət Heyətinin 13 mart  2023-cü il tarixli 10/5 saylı qərarı ilə Mərkəzi Elmi Kitabxanada yenidən  Elmi-Metodiki Şura yaradılmış,  11 iyun 2024-cü il 16/6 saylı  qərarla  şuranın tərkibində dəyişiklik edilmiş, təkmilləşdirilmiş, “Mərkəzi Elmi Kitabxananın İnformasiya Bülleteni” nəşr olunmağa başlanmışdır.

Mərkəzi Elmi Kitabxanada  Azərbaycan Milli Elmlər Akademiyası  Rəyasət Heyətinin qərarlarına əsasən şəxsi, kitabxana əməkdaşlarının təklifləri əsasında isə mövzu  biblioqrafik göstəricilər hazırlanır. Bu biblioqrafik göstəricilər öz elmi tutumu və fundamentallığı ilə  Mərkəzi Elmi Kitabxananın təkcə informasiya təminatı mərkəzi deyil, həm də elmi-tədqiqat və metodoloji baza kimi fəaliyyət göstərdiyini təsdiq edir.

BEYNƏLXALQ ƏLAQƏLƏRİMİZ

Mərkəzi Elmi Kitabxananın beynəlxalq əlaqələri elm və informasiya mübadiləsinin  qloballaşdığı  müasir dövrdə onun elmi nüfuzunun artmasına, beynəlxalq kitabxana və  informasiya cəmiyyətinə inteqrasiyasına, habelə qlobal  miqyasda biliklərə çıxış imkanlarının  genişlənməsinə xidmət edən mühüm strateji istiqamətlərdən birini təşkil edir. Hazırda Mərkəzi Elmi Kitabxana dünyanın 46 ölkəsinin 130-a yaxın  təşkilatı, o cümlədən ölkəmizdəki bir sıra səfirliklərlə, Azərbaycanın xaricdəki səfirlikləri ilə əlaqələr qurub, əməkdaşlıqlar edir.

PRİORİTETLƏRİMİZ

Bu gün Mərkəzi Elmi Kitabxananın yeniləşən fəaliyyətinin ana xəttini dünyada baş verən  kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin  hazırlanıb həyata keçirilməsi təşkil edir. Burada oxuculara xidmət işi elmi proseslərin informasiya təminatının dinamikliyi nəzərə alınmaqla keyfiyyət və təşkilati baxımdan yeni mütərəqqi iş üsulları ilə zənginləşdirilir. Bütün bu istiqamətlər Mərkəzi Elmi Kitabxananın qarşısına qoyduğu strateji məqsədlərə xidmət edir. Gələcəyə baxışımız aydındır: müasir informasiya cəmiyyətinin tələblərinə cavab verən, elm və təhsilin inkişafına töhfə verən, oxucuların ehtiyaclarına çevik və innovativ yanaşmalar sərgiləyən  bir kitabxana modeli formalaşdırmaq. Bu yolda atılan hər bir addım, yalnız bugünkü deyil, sabahkı nəsillərin də elmi axtarışlarında etibarlı dayağa çevrilmək missiyasını daşıyır. Mərkəzi Elmi Kitabxananın ötən 100 ildəki  bütün tarixi inkişaf mərhələlərində olduğu kimi...

Şəhla Tahirqızı,

Filologiya üzrə fəlsəfə doktoru, dosent,

Mərkəzi Elmi Kitabxananın direktor müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see138

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri