Icma.az
close
up
RU
Mərkəzi Elmi Kitabxananın Azərbaycan dilində ədəbiyyat FONDU

Mərkəzi Elmi Kitabxananın Azərbaycan dilində ədəbiyyat FONDU

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Kitabxana məbədgahdır, hər bir ziyalının yolu bu məbədgahdan keçir, burada tariximizin yazılı salnaməsi şərəflə qorunub saxlanılır"  
Ümummilli lider Heydər Əliyev 

Mədəniyyətimizin  mühüm tərkib hissələrindən  olan kitabxanalar bilik evi, bilik xəzinəsinin mühafizəsi evidir. Ümumbəşəri sərvətimiz olan kitabxanalar mədəniyyətin,elmin, təhsilin ikişafında hər zaman önəmli yer tutmuşdur. Kitab və kitabxana mədəniyyətin qoşa qanadıdır desək, yanılmarıq.Onlar arasındakı qarşılıqlı əlaqə zaman keçdikcə daha da inkişaf edir, əbədiləşir. Kitablar rəflərə yığılıb qaldıqca deyil, oxucusunu tapdıqca dəyərli olur, maraq dairəsini genişləndirir.Kitabxanalar kitab və oxucu arasında sanki körpü rolunu oynayır. 
Ölkəmizin ən zəngin fonda malik kitabxanalarından biri də AMEA-nın Mərkəzi Elmi Kitabxanasıdır. Elmi kadrların, alim ordusunun yetişməsində müstəsna xidmətləri olan bu kitabxanada hazırda 1,5 milyona yaxın informasiya resursu qorunmaqdadır.Kitabxana keçmişlə bu günü özündə cəmləşdirərək fəaliyyətini dahada genişləndirmək, zənginləşdirmək istiqamətində dayanmadan irəliləyir. 
Bu il 100 illik yubileyini qeyd edən  Mərkəzi Elmi Kitabxana,  mədəniyyətimizin təbliğində geniş rol oynayır, günü-gündən inkişaf edərək dünyanın ən modern kitabxanaları sırasına daxil olur. Kitabxana fəaliyyətində keyfiyyət  prinsipinə əsaslanaraq, milli  mənəvi dəyərlərin qorunmasını, dövlət siyasətini, müstəqillik, suverenlik və ərazi bütövlüyümüzün uğrunda atılan hər bir addımın nümayiş etdirir.Həmçinin, ABŞ Konqres Kitabxanası, Rusiya Milli Kitabxanası, Berlin Universitet Kitabxanası, Fransa Mərkəzi Kitabxanası, Çin Milli Kitabxanası, Moldova EA Kitabxanası, Özbəkistan Milli Kitabxanası və s. 46 ölkənin 130-a yaxın təşkilatı ilə əməkdaşlıq edir.  
Kitabxanaların inkişafı, formalaşması üçün kitab toplamaq, qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək üçün kitabxana fondlarının yaranması əsas amildir.Kitabxananın bəzəyi və özəyi onun fondudur. Kitabxana bir çox komponentləri özündə birləşdirən sosial institutdursa, kitabxana fondu onun ayrılmaz tərkib hissəsidir. Kitabxana fondunun formalaşması prosesi mürəkkəb, diqqətdə saxlanılan bir sistemdir.Kitabxana fondları hər bir xalqın intellektinin özülü, bünövrəsidir.Hər xalqın kitabxana fondunda mühafizə olunan milli ədəbiyyatı həmin xalqın milli-mənəvi sərvətidir. 
Respublikamızda yeganə elmi kitabxana sayılan MEK ən böyük elmi informasiya mənbəyi yenilikləri, müasir texnoloji avadanlıqları ilə bütün tələblərə cavab verir, genişmiqyaslı oxucu kütləsinə xidmət edir. Kitabxananın fondlarında qiymətli sayılan elmi- tədqiqat əsərləri, monoqrafiyalar, elmi jurnallar, müxtəlif elm sahələrinə aid kitablar mühafizə olunur. Bu fondlardan biri də Azərbaycan dilində ədəbiyyat fondudur ki, burada 100 mindən artıq Azərbaycan ədəbiyyatı (XII-XXI əsr Azərbaycan klassiklərinin əsərləri, şifahi xalq ədəbiyyatı materialları tarixə, ədəbiyyata, incəsənətə dair elmi-tədqiqat əsərləri, xarici ölkələrin klassiklərinin tərcümə əsərləri və s.), şəxsi kolleksiyalar, qəzetlər, jurnallar, ardı davam edən nəşrlər(ND) toplanmışdır. Azərbaycan ədəbiyyatı fondu Az-1, Az-k, Az, PF və DV formatlarına ayrılır. Sayına görə ən böyük Az-1 formatıdır, tərkibinə  müxtəlif elm sahələrinə, bədii ədəbiyyata, dərs vəsaitlərinə aid kitablar daxildir. Az-k formatına müxtəlif elm sahələri, əsasən bədii ədəbiyyat, Az formatında isə köhnə(XX əsrin ortaları) kitablar toplanmışdır. PF formatına hədiyyə olunmuş və seçilmiş kitablar(bir neçə dildə), DV formatına isə dərsliklər daxildir.  
Şəxsi kolleksiyalar “Akademiklərin  Kitabxanası” başlığı altında sistemləşdirilmişdir ki, buraya akademiklərdən Həsən Əliyevin, İsa Həbibbəylinin,  Akif Əlizadənin, Bəkir Nəbiyevin, İmam Mustafayevin, Mikayıl Useynovun ,  professor Abbas Zamanovun, Misir Mərdanovun, Xudu 
Məmmədovun, və bir çox elm adamlarının, ziyalıların  şəxsi kitabxanalarından özləri və ailələri tərəfindən hədiyyə olunmuş nəşrlər daxildir. Hal-hazırda kolleksiya fondunda 17312 ədəbiyyat nüsxəsi yer alır. 
Qəzet fondunda yeni çapdan çıxan qəzetlər, həmçinin Yeni yol(1923-1937), Gənc işçi (1929-1940), Kommunist(1929-1991) qəzetləri kimi köhnə qəzetlər və Azərbaycan müəllimi(1946), Bakinskiy raboçi(1922) və Vişka(1928) qəzetləri kimi nəşri davam edən qəzetlər yer alır.Gündəlik daxil olan qəzetlərdən Xalq qəzetini, 525-ci qəzeti, həftəlik daxil olan qəzetlərdən Elm, Ədəbiyyat qəzetlərini nümunə göstərmək olar. 
Jurnal fondunda 23 minə yaxın jurnal toplanıb.Bunlardan Dədə Qorqud, Azərbaycan, Qobustan, Naxçıvan, AMEA xəbərlər, Füyuzat və s. kimi jurnalları qeyd etmək olar.3407 nüsxədən ibarət nəşri davam edən (ND)   jurnallara Dövlət və Din, Azərbaycan Respublikasının Qanunvericilik toplusu, Xəbərlər Məcmuəsi (AMEA Gəncə Regional Elmi Mərkəz), Elmi Əsərlər (AMEA İqtisadiyyat İnstitutu) və başqa nəşri davam edən jurnallar daxildir. 
Kitabxana fəaliyyətində çox böyük rola malik olan Azərbaycan dilində ədəbiyyat fondu,  yeni ədəbiyyat axını ilə günbəgün zənginləşməkdə davam edir.Öz işlərini sevən və məsuliyyətlə icra edən fond əməkdaşları oxucuların sorğularını operativ surətdə yerinə yetirir, onların xidmət səviyyəsindən məmnun qalmalarına çalışırlar.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 May 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri