Icma.az
close
up
RU
“Mərkəzi Elmi Kitabxananın inciləri” kitabı nəşr edilib

“Mərkəzi Elmi Kitabxananın inciləri” kitabı nəşr edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Mərkəzi Elmi Kitabxananın inciləri” kitabı çapdan çıxıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, AMEA Rəyasət Heyətinin Qərarına əsasən MEK-in 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planına uyğun olaraq nəşr edilən bu kitabın məqsədi kitabxananın zəngin fondlarının məzmununu qismən də olsa açmaq və təbliğ etməkdir.

Azərbaycanda təbiət, texniki və humanitar elmlər üzrə ən iri kitabxana sayılan AMEA-nın Mərkəzi Elmi Kitabxanası dünya xalqlarının 50-dən çox dilində ədəbiyyat mühafizə edən zəngin fonda malikdir. Kitabda həmin fondlardakı incilər, Şeyx Şamil haqqında mühafizə olunan kitablar, Qafqaz Albaniyası - qədim Azərbaycan haqqında mənbələr, Qafqaz tarixinə dair maraqlı materiallar, Qarabağ, “Dəmir qapı” Dərbənd, qədim Gəncə, Bakı haqqında qiymətli mənbələr, Orucov qardaşlarının mətbəəsinin nəşrləri yer alıb.

Bundan əlavə, Lüğətlər, Arxiv, Fotosurətlər fondlarının inciləri, o cümlədən Qonşu xalqlar ədəbiyyatı fondundan seçmələr, kolleksiyalar da kitaba daxil edilib.

“Mərkəzi Elmi Kitabxananın inciləri” kitabının elmi məsləhətçisi MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, tərtibçisi MEK-in əməkdaşı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, ixtisas redaktoru İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, redaktoru kitabxananın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.

Kitab tədqiqatla məşğul olanlar üçün elmi mənbədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri