Icma.az
close
up
RU
Özbəkistanın aparıcı cərrahları Mərkəzi Gömrük Hospitalının ustad dərslərində...

Özbəkistanın aparıcı cərrahları Mərkəzi Gömrük Hospitalının ustad dərslərində...

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Özbəkistanın müxtəlif tanınmış tibb müəssisələrini təmsil edən cərrah həkimlərdən ibarət 10 nəfərlik nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalında ustad dərslərində iştirak ediblər. İlk öncə Özbəkistanın nümayəndə heyəti ilə Mərkəzi Gömrük Hospitalında görüş keçirilib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkimi, t.e.d. Dr.Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, t.e.d. Dr.Aynur Səfiyeva, Özbəkistanın Ürgənc şəhərində yerləşən Daşkənd Tibb Akademiyasının filialının Ümumi Cərrahiyyə kafedrasının müdiri Sanaev Dilşad Aminoviç, Daşkənd şəhərində yerləşən 1 nömrəli Respublika Klinik Xəstəxanasının proktoloq həkimi Şermatov Abdusand və Özbəkistandan gəlmiş digər rəsmi qonaqlar iştirak ediblər.
Tədbirdə Baş həkim Dr. Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalının fəaliyyət istiqamətləri, tibb sahəsində tətbiq edilən innovativ texnologiyalar, beynəlxalq əməkdaşlıq layihələri və uğurla həyata keçirilən tibbi xidmətlər barədə, eləcə də 2025-ci ilin fevral ayında Azərbaycanda ilk dəfə meyit donordan canlıya köçürülmüş qaraciyər transplantasiyası əməliyyatı barədə ətraflı məlumat verib.
Dr.Bəxtiyar Musayev çıxışında qeyd edib ki, Mərkəzi Gömrük Hospitalında kardiologiya, invaziv kardiologiya, ümumi və laparoskopik cərrahiyyə, urologiya, travmatologiya, ginekologiya, radiologiya, pediatriya və bir çox ixtisaslaşdırılmış sahələr üzrə yüksək səviyyədə tibbi xidmətlər həyata keçirilir, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən olan qabaqcıl tibb müəssisələri və universitetləri ilə sıx əməkdaşlıq edir.
Daha sonra özbəkistanlı cərrahlar Dr. Aynur Səfiyeva tərəfindən icra olunan bir neçə cərrahi əməliyyatı birbaşa izləyib, müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən müdaxilələr barədə ətraflı məlumat əldə ediblər. Dr. Aynur Səfiyeva tərəfindən aparılan əməliyyatlar zamanı istifadə edilən müasir metodlar, pasiyentə yanaşma prinsipləri nümayəndələrin xüsusi marağına səbəb olub.
Səfər çərçivəsində keçirilən bu praktiki və nəzəri təlimlər Azərbaycan-Özbəkistan tibb ictimaiyyəti arasında elmi əməkdaşlığın möhkəmlənməsinə və təcrübə paylaşımına töhfə verməklə yanaşı, gələcəkdə birgə layihələrin reallaşdırılması üçün də zəmin yaradıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 May 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri