Icma.az
close
up
RU
“Mərkəzi Karyera Portalı” istifadəyə verildi

“Mərkəzi Karyera Portalı” istifadəyə verildi

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşəyönümü və karyera planlamasına dəstək göstərən “Mərkəzi Karyera Portalı” istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, portalın yaradılmasında məqsəd əmək bazarına dair məlumatların vahid rəqəmsal platformada toplanması, gənclərin peşə seçimi və karyera inkişafı prosesinin dəstəklənməsi, işəgötürənlərin hansı bacarıqlara malik işçi qüvvəsinə tələblərinin olduğu barədə onların məlumatlılığının artırılmasıdır.

“Mərkəzi Karyera Portalı”na “Məzunların məşğulluq reytinqi” platforması, “CV yarat” və “Alo karyera” dəstək xidməti ilə yanaşı, iki innovativ platforma - “İş dəyərləri aləti” və “Peşələrin atlası” da daxildir.

“İş dəyərləri aləti” istifadəçilərə öz karyera və peşə maraqlarını müəyyənləşdirməyə kömək etmək üçün hazırlanıb. Belə ki, sistemdə yerləşdirilmiş sorğuda iştirak etməklə şəxslərin maraqları, təhsil və təcrübələri nəzərə alınaraq qiymətləndirmə aparılır. Onların maraqlarına uyğun gələn potensial peşə sahələrinin siyahısı təqdim edilir. Məqsəd istifadəçilərin öz karyeraları ilə bağlı əsaslandırılmış qərarlar qəbul etmələrinə köməklik göstərməkdir.

“Peşələrin atlası” platformasında isə peşələr üzrə təsvirlər, tələb olunan bilik və bacarıqlar, təhsil səviyyəsi və digər zəruri məlumatlar təqdim edilir.

Bundan əlavə, portalın tərkibində yer alan “Məzunların məşğulluq reytinqi” platforması universitet məzunlarının təhsil aldıqları ixtisaslar üzrə əmək bazarında mövqeləri barədə məlumat verir. “Alo karyera” dəstək xidməti isə karyera planlaması, məqsədlərin müəyyən edilməsi, peşə və ixtisas seçimi, əmək bazarındakı tendensiyalar və s. suallar üzrə vətəndaşlara operativ məlumat dəstəyi göstərir. İstifadəçilər “CV yarat” platforması üzərindən isə qısa zamanda peşəkar və standartlara uyğun CV hazırlaya bilirlər.

“Mərkəzi Karyera Portalı” ilə linkəkeçid edərək tanış olmaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri