Icma.az
close
up
RU
Mərmərə Universitetində Kamal Abdullanın 75 illik yubileyi münasibətilə elmi simpozium keçirilib

Mərmərə Universitetində Kamal Abdullanın 75 illik yubileyi münasibətilə elmi simpozium keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 noyabr, AZƏRTAC

Mərmərə Universitetinin İnsan və cəmiyyət elmləri fakültəsinin Türk dili və ədəbiyyatı bölməsi tərəfindən Azərbaycan elminin və ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illik yubileyi münasibətilə “Mədəniyyət və ədəbiyyat araşdırmaları” mövzusunda birinci beynəlxalq elmi simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, simpoziumun əsas məqsədi Kamal Abdullanın çoxşaxəli elmi və bədii fəaliyyətini, onun müasir dilçilik, ədəbiyyatşünaslıq və mədəniyyətşünaslıq sahələrində apardığı tədqiqatları elmi müstəvidə təhlil etmək, həmçinin onun Türk dünyasının elmi və mədəni fikrinin inkişafına verdiyi töhfələri müzakirə etməkdən ibarət olub.

Simpoziumun açılış mərasimində müxtəlif ölkələrdən gəlmiş alimlər və tədqiqatçılar çıxış edərək Kamal Abdullanın yaradıcılığının elmi və ədəbi xüsusiyyətlərini, onun əsərlərində milli-mədəni dəyərlərlə müasir düşüncə tərzinin vəhdətini xüsusi vurğulayıblar.

Simpoziumun birinci panelinə dosent Mehdi Gəncəli sədrlik edib. Bu bölmədə doktor Burak Eke “Müasir dilçilik və Kamal Abdulla”, professor Haluq Harun Duman “Dədə Qorquda edilən islam əlavələri” mövzularında məruzələri dinlənilib. Həmçinin alim və tədqiqatçılardan Sabahat Deniz, Nəcibə Nəsibova, professor Harun Duman Kamal Abdullanın yaradıcılığı haqqında məruzə ediblər.

İkinci paneldə isə akademik Muxtar İmanov “Kamal Abdullanın ədəbi baxışları”, akademik Nizami Cəfərov “Kamal Abdullanın dilçilik görüşləri”, tədqiqatçı Mario Saldaini “Kamal Abdullanın tamamlanmamış teoremi” mövzularında məruzə ilə çıxış ediblər.

Simpozium çərçivəsində Kamal Abdullanın elmi irsinə müxtəlif nəzəri yanaşmalar təqdim olunub, onun dil, mətn və mif anlayışlarını özünəməxsus fəlsəfi baxışlar kontekstində izah edən əsərləri elmi aspektdən təhlil edilib. Simpozium həm Azərbaycan, həm də Türkiyə elmi mühitində Kamal Abdulla yaradıcılığına göstərilən marağın davamlı xarakter daşıdığını və bu istiqamətdə ortaq elmi əməkdaşlıqların vacibliyini bir daha nümayiş etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri