Icma.az
close
up
RU
Kamal Abdullanın İğdırda 75 illik yubileyi ilə bağlı konfrans keçirildi FOTOLAR

Kamal Abdullanın İğdırda 75 illik yubileyi ilə bağlı konfrans keçirildi FOTOLAR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 10-da Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın Türkiyənin İğdır şəhərində 75 illik yubileyi ilə bağlı konfrans keçirilib. Rektor İğdır Universitetində “Dədə Qorqud” dastanına həsr olunmuş beynəlxalq konfransda fəxri qonaq kimi iştirak edib.

Gununsesi.info xəbər verir ki, konfransda Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, İğdır vilayətinin valisi Ercan Turan, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və İğdır Universitetinin rektoru Ekrem Gürel iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən vali Ercan Turan “Dədə Qorqud” dastanını oğuz türklərinin “mədəni kodu” adlandırıb. “İğdır adı elə oğuz tayfalarından birinin adından yaranıb. Dastandakı rəvayətlər və mahnılarda təbliğ edilən dəyərlər bu günədək öz əhəmiyyətini itirməyib”, – deyə vali qeyd edib.

O, türk xalqlarının güclənməsi yolunun birliyə və həmrəyliyə aparan yoldan keçdiyini vurğulayıb. E.Turan Türkiyə və Azərbaycan prezidentləri arasında mövcud sıx əməkdaşlıq və dialoqu “bölgədə sülhün və sabitliyin təminatı” adlandırıb.

İğdır Universitetinin rektoru Ekrem Gürel çıxışında “Dədə Qorqud” dastanının əhəmiyyətindən bəhs edib:

“Səmimi-qəlbdən inanıram ki, Türkiyə və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə keçirilən bu konfransın nəticələri ədəbiyyat, tarix, dilçilik, incəsənət və sosiologiya da daxil olmaqla, bir çox sahələrdə yeni uğurlu başlanğıclara təkan verəcək”.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev “Dədə Qorqud” dastanının beynəlxalq səviyyədə tanınmış bir əsər olduğunu vurğulayıb.

O qeyd edib ki, “Dədə Qorqud kitabı” UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. “Dastanın beynəlxalq səviyyədə tanınması bizim üzərimizə məsuliyyət qoyur. Türkiyə və Azərbaycanın ortaq tarixi və mədəni kökləri bizi eyni ailənin üzvlərinə çevirir”, – deyə Z.Əliyev qeyd edib.

Konfransın fəxri qonağı, Xalq yazıçısı, akademik Kamal Abdulla yaradıcılığı, ədəbi və elmi fəaliyyəti ilə bağlı məruzələr dinlənilib, Kamal Abdullanın Türk dünyası elmində və ədəbi mühitində xidmətləri, Dədə Qorqud dastanı ilə bağlı araşdırmaları, “Qorqudşünaslıq” elmində apardığı tədqiqatlar haqqında danışılıb.

Qeyd olunub ki, Xalq yazıçısı, akademik Kamal Abdulla yaradıcılığı nəinki türk dünyasının, eyni zamanda dünya oxucularının diqqətini cəlb edir.

Sonda beynəlxalq tədbirin fəxri qonağı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş videoçarx təqdim olunub.

Tədbir Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə iki sessiya ilə işini davam etdirib.

             
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri