Kamal Abdullanın 75 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı, professor, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın 75 illiyi münasibətilə elektron məlumat bazası və biblioqrafik icmal hazırlanıb.
Kulis.az xəbər verir ki, məlumat bazasında yazıçının müəllifi, layihə rəhbəri, tərtibçisi olduğu, redaktə və “Ön söz” yazdığı kitablar yer alıb. Həmçinin Kamal Abdullanın həyat və fəaliyyətinin əsas məqamları, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlar barədə məlumatlar verilir. Bazada Rumıniyanın Yassi Universitetində fəaliyyət göstərən Azərbaycan Multikulturalizm Mərkəzinin sədri Lyudmila Bejenarunun “Çoxşaxəli şəxsiyyətin örnək taleyi – Kamal Abdulla - 75”, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hüquqşünas, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın “Ədəbiyyatımızın Kamal Abdulla tarixi” və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Dilçilik və ədəbiyyat arasında körpü: Kamal Abdullanın elmi-ədəbi irsi” kimi məqalələrin tam mətni təqdim edilib.
Məlumat bazasında “Dissertasiya və avtoreferatlar”, “Foto və videoqalereya” kimi bölmələr də nümayiş olunub. Biblioqrafik icmalda müəllifin “Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı”, “Mənim Füzulim”, “Sirlərin sərgüzəşti”, “Edam vaxtını dəyişmək olmaz”, “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”, “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud” kimi 40-dan çox kitabının biblioqrafik təsviri və qısa annotasiyası mövcuddur.
Elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Xalq_yazicisi_Kamal_Abdulla_el_melumat_bazasi/index.html yerləşdirilib.
"Adile" filminin qalası keçirildi "Qorxulu yuxularıma nə vaxt son qoyulacaq?" - Beş uşağını itirən müğənnimiz kimdir? Müğənnilər narahat olmalıdırmı? - Süni intellektin yaratdığı mahnı “Billboard” zirvəsində
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 04 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















