Məsafədə fərq az, qiymət iki dəfə baha Ermənilər İstanbula bizdən iki dəfə ucuz qiymətə gedəcək...
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Xəbər verildiyi kimi, Türkiyənin Türk Hava Yolları (THY) şirkəti 2026-cı ilin 11 martından etibarən İstanbul–İrəvan–İstanbul marşrutu üzrə birbaşa uçuşlara başlayır.
"AzPolitika" xəbər verir ki, THY ilkin mərhələdə İrəvana həftədə 7 reys, mayın 14-dən 10 reys, iyunun 15-dən isə 14 reys həyata keçirəcək.
Artıq sözügedən marşurut üzrə bilet qiymətləri də məlum olub. Belə ki, mart–aprel ayları üzrə gediş-dönüş biletləri 139-179 avro arasında dəyişir.

Məsələn, 29 mart – 5 aprel 1 sərnişinin ekonom sinif üzrə İrəvan–İstanbul gediş-dönüş bileti cəmi 139 avro, yəni təxminən 275 manat təşkil edir. Tək istiqamət üzrə isə qiymət 72 avro, 142 manatdır.
Müqayisə üçün AZAL-ın Bakı–İstanbul marşrutu üzrə ekonom paketdə 29 mart-5 aprel tarixli gediş-dönüş bileti 520 manat təşkil edir, yəni az qala iki dəfəyə yaxın baha qiymətə. Qeyd edək ki, AZAL ilə İstanbula bilet qiymətləri 240–300 manat arasında dəyişir.

Daha bir maraqlı məqam isə odur ki, bu iki marşurut arasında elə də ciddi bir məsafə fərqi yoxdur.
Məsələni daha aydın görmək üçün marşrutları məsafə baxımından müqayisə edək:
- İrəvan – İstanbul: təxminən 1350 km;
- Bakı – İstanbul: təxminən 1750 km;
Fərq cəmi 400 km civarındadır.
Uçuş müddəti də demək olar ki, eynidir:
- İrəvan → İstanbul: 2 saat 35 dəq;
- Bakı → İstanbul: 3 saat.

Yəni nə məsafə, nə də uçuş vaxtı qiymətlər arasındakı iki dəfəyə yaxın fərqi əsaslandıra bilir. Qeyd edək ki, analoji vəziyyət təkcə Bakı-İstanbul marşurutunda yox, digər beynəlxalq reyslərdə də açıq-aydın hiss olunur.
E. Bəyməmmədli
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Yanvar 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















