Icma.az
close
up
RU
Məsələ yalnız Adnan Əhmədzadəyə bağlana bilməz İlham Şaban

Məsələ yalnız Adnan Əhmədzadəyə bağlana bilməz İlham Şaban

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Burada çoxlu oyunçular və maraqlar mövcuddur


Azərbaycanın enerji sektorunda baş verən son hadisə-neftin keyfiyyəti ilə bağlı yaranmış qalmaqal ölkənin uzun illər boyu qurduğu “etibarlı enerji tərəfdaşı” imicinə ciddi zərbə vurur. İlk baxışdan bir fərdin-Adnan Əhmədzadənin adı hallansa da, məsələ təkcə bir şəxsin fəaliyyətindən doğan hüquqi və ya etik pozuntu ilə məhdudlaşmır. 

Ortaya çıxan situasiya, neftin keyfiyyəti, nəqli, ticarəti və beynəlxalq bazarda təqdimatı ilə bağlı daha geniş və sistemli problemlərin mövcudluğunu göstərir. Neft kimi strateji məhsulun ticarətində şəffaflıq, texniki standartlara riayət və reputasiya hər şeydən önəmlidir. Baş verənlər isə bu prinsiplərin hansı mərhələdə pozulduğunu və bunun nəticələrinin nə qədər geniş miqyaslı ola biləcəyini göstərdi. Məsələ isə həm hüquqi, həm iqtisadi, həm də geosiyasi aspektlərdən dərin araşdırma və ciddi təhlil tələb edir.


Sherg.az-a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban Adnan Əhmədzadənin 2023-cü ildən SOCAR-ın əməkdaşı olmadığını qeyd edib:

"Qeyd edildiyi kimi onun bir neçə şirkəti olub və o, neft alqı-satqısı ilə məşğul olub. 

Azərbaycan nefti hasil olunur və Ceyhanda tankerə yüklənərək alıcılarla bağlanmış sövdələşmələr əsasında satılır. Nə boru kəmərinin, nə də Səngəçal terminalının əməliyyat rəhbəri SOCAR deyil. Səbail Rayon Məhkəməsi qərar verdi ki, Adnan Əhmədzadə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilsin. Qərara əsasən araşdırma bu müddət ərzində aparılacaq, o, təqsirləndirilən şəxs qismində saxlanılacaq və məsələ araşdırılacaq. Amma konkret olaraq Cinayət Məcəlləsinin hansı maddələri üzrə ittiham olunduğu məlum deyil. Digər tərəfdən, bu məsələ ilk dəfə iyulun 14-də dünya mediasında işıqlandırıldı. Daha sonra Reuters agentliyi yayımladı və məsələ ictimailəşdi. Onlar göstərdilər ki, Ceyhandan satılan neft BTC Blenddir (Bakı–Tbilisi–Ceyhan qarışıq nefti). BTC Blend neftinin özünəməxsus kimyəvi tərkibi var. Bu markanı satanlar və alanlar onu yaxşı tanıyırlar, onun temperaturu, sıxlığı və digər parametrləri məlumdur. Bu neftin qiyməti Brent markalı neftdən adətən təqribən 1,5 dollar baha olur, çünki keyfiyyət parametrləri daha yüksəkdir. Həmin vaxt isə bu fərq təxminən 35-40 sent idi. Bazar iştirakçılarından olan İtaliyanın bir şirkəti Reuters-ə açıqlamasında bildirib ki, keyfiyyət parametrləri aşağı düşdüyünə görə qiymət bu şəkildə formalaşıb.

İyulun 17-də BP şirkəti Reuters-ə təsdiqlədi ki, belə bir hal baş verib və araşdırma davam edir. Ondan sonra əlavə açıqlama verilmədi. Əvəzində Rumıniya və digər ölkələrə yönələn tankerlərdə neftin “üzvi xloridlərlə çirklənməsi” ifadəsi işlədildi və bildirildi ki, bu hal baş verib. Lakin nə dünya mediasında, nə də Azərbaycan mediasında-nə hasilatçı, nə nəql edən, nə də alıcılardan bu barədə ətraflı açıqlama verilmədi. Azərbaycan mediasında belə, maarifləndirici bir məlumat təqdim olunmadı ki, "bu üzvi xlorid nədir, niyə neftə vurulur, dünyada bu cür hallar olubmu, ya yox, bu maddə haradan gəlir, kimə məxsusdur, hansı məhsuldur?" Heç bir izah yox idi. Mən hətta Chat gbt-də bunu araşdırdım. Orada sadəcə qeyd olunurdu ki, neftin borularla nəqlini sürətləndirmək üçün bəzən bu cür maddələrdən istifadə olunur. Bu nəticəyə gəldim ki, ola bilsin, həmin maddə normadan artıq istifadə olunub. Məsələn boyanı çəkməzdən əvvəl az miqdarda aseton qatmaq olur ki, yaxşı yayılsın. Amma bir litrə 100 qram aseton qatılarsa, həm çəkilişi asan olur, həm də rəng dəyişir". 


Ekspert Azərbaycan mətbuatında məsələnin fərqli təqdim olunduğunu bildirib: 

"Guya Ceyhanda satılan neftə başqa qarışıqlar qatılıb. Neftə Qazaxıstan, Türkmənistan, yoxsa Rusiya neftinin qarşdırıldığı isə sual altındadır. Halbuki, rəsmi olaraq Rusiya neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınması 2022-ci il dekabrın 4-dən dayandırılıb. Çünki dekabrın 5-də Rusiyaya qarşı sanksiyalar qüvvəyə minirdi. Həmin vaxt rəsmi açıqlamada qeyd olundu ki, BTC kəməri ilə Rusiya nefti daşınmayacaq. Amma Azərbaycan bu günədək “Bakı-Novorossiysk” kəmərindən əks istiqamətdə istifadə etməklə Rusiyadan neft alır. Bu, gizli deyil. Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ilin birinci yarısında 600 min ton neft alınıb. Bu göstərici ötən illə müqayisədə azalsa da, hələ də davam edir.

Nefti almaqda məqsəd Heydər Əliyev adına Neft Emalı Zavodunun emal gücünü maksimum səviyyəyə çatdırmaqdır. Çünki yalnız Azərbaycan nefti bu həcmi təmin etmir. Ona görə də təqribən 1 milyon ton neft, o cümlədən Qazaxıstandan da alınır.

Texniki baxımdan neftin başqa neftlə qarışdırılması mümkündür. Amma az miqdarda olduqda bu, bazara təsir etmir. Əgər böyük həcmdə qarışdırılarsa, bu, artıq qiymətə təsir göstərir. Çünki Ceyhanda təxminən ondan çox oyunçu var-SOCAR, Azəri-Çıraq-Günəşli layihəsinin iştirakçıları və tranzit neft sahibləri. 

Əslində, proses belədir: laboratoriya hər partiyanı yoxlayır, sertifikat verir və sonra tankerə yükləmə aparılır. Tanker Avropaya, məsələn, İtaliyaya və ya Rumıniyaya çatanda, boşaldılmadan öncə orada da nümunə götürülür və analiz edilir. Müqavilələrdə qeyd olunur ki, keyfiyyətdə 1,5–2% fərq mümkündür. Çünki tanker müxtəlif mənbələrdən neft daşıyır və divarlarda qalan qalıqlar nəticəyə təsir edə bilər.

Nəticədə alıcı nə aldığını bilir. Əgər əvvəllər Brent-dən 1,5 dollar baha alırdısa, indi daha ucuz alır, bu da keyfiyyətlə bağlıdır. Ona görə də məsələ yalnız Adnan Əhmədzadəyə bağlana bilməz. Burada çoxlu oyunçular və maraqlar mövcuddur".


Müsahibimiz Azərbaycanın ilk dəfə belə bir qalmaqalla üzləşdiyini söyləyib: 

"1998-ci ildən dünya bazarına neft satan Azərbaycan, 27 il ərzində heç vaxt belə bir keyfiyyət qalmaqalı ilə qarşılaşmamışdı. Bu isə Azərbaycanın “etibarlı enerji təchizatçısı” imicinə zərbə vurdu. Avropa mediasında Adnan Əhmədzadənin adı çəkilsə də, məsələ yalnız bir şəxslə bağlı deyil, ümumi bazar mexanizmi ilə əlaqəlidir. Bu, Azərbaycan üçün, xüsusilə də neftimizin azaldığı bir dövrdə olduqca vacib məsələdir. Elə bir vaxtda ki, biz neftimizi bazarda daha ürəklə və yüksək yəni premium qiymətlə satmalı olduğumuz anda, bazar iştirakçıları arasında xoşagəlməz bir qalmaqal yaşanır. Bu, Azərbaycan neftinin özü ilə deyil, bazara çıxardığı neftlə bağlı qalmaqaldır. Buna görə də bizə dəyən iqtisadi zərər və reputasiya itkisi çox önəmlidir. Bu işdə əli olan - istər iqtisadi, istər hüquqi, istərsə də dövlət səviyyəsində hər bir şəxsin məsuliyyəti tam şəffaf şəkildə cəmiyyətə, bazar iştirakçılarına və ədalət naminə ortaya qoyulmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Sentyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri