Adnan Əhmədzadəyə məxsus olduğu deyilən Rahat supermarketləri bağlanır? AÇIQLAMA
Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə “ANC Group” MMC-yə məxsus "Rahat" supermarketlər şəbəkəsinin bağlanacağı barədə iddialar var. Buna səbəb kimi “ANC Group”un iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə qeyri-rəsmi məxsus olması gətirilir.
Məsələni aydınlaşdırmaq üçün Pravda.az “Rahat” supermarketə sorğu ünvanlayıb.
Şirkətdən verilən açıqlama belə olub: ““Rahat” supermarketləri öz fəaliyyətini davam etdirir. Hər şey yolundadır. Bütün kontingent iş başındadır. Marketlərimiz hər zaman müştərilərimizin xidmətindədir. Davam edirik. Bu barədə heç bir sıxıntı yoxdur. Adnan Əhmədzadə məsələsi barədə isə mövqe bildirməyimiz uyğun deyil. Bu, bizi aşan məsələdir”.
Qeyd: MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir. Şirkətdə 10% paya Babakişiyev Cəlal Rasim oğlu, 90% paya isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD malikdir. Ölkədə məşhur “Rahat” supermarket də bu qrupa daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















