Icma.az
close
up
RU
“Meşələrin mühafizəsinin gücləndirilməsi və şəffaflığın artırılması məqsədilə REİS meşə modulu tətbiq olunur”

“Meşələrin mühafizəsinin gücləndirilməsi və şəffaflığın artırılması məqsədilə REİS meşə modulu tətbiq olunur”

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bir müddət öncə vətəndaş Ağayev Kərəm soaial şəbəkədə videomüraciət etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəzifəsini icra edən cənab Rəşad İsmayılova vəzifəsindən uzaqlaşdırılması barədə şikayətini bildirmişdir. Bizimyol.info həmin müraciəti təqdim edir: "Ağayev Kərəm İsabala oğlu, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində meşə uçotu üzrə baş mühəndis və ali təhsilli iqtisadçı-kadastram. Artıq 7 ildir bu vəzifədə çalışıram. Bu müddət ərzində sahibkarlar və vətəndaşlar tərəfindən qanunsuz zəbt olunan meşə torpaqlarının geri qaytarılmasına nail olmuşam. Lakin bu fəaliyyətim bəzi maraqlı şəxslərin narazılığına səbəb olub. 2021-ci ildə əkinlərin düzgün koordinatlarını təyin etdiyimə, təbii bərpanın örtülü meşəyə çevrilməsinin qarşısını aldığım və qanunsuz zəbt olunmuş torpaqları azad etdiyim üçün şərlənərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildim. Lakin 3 məhkəmə instansiyası tərəfindən işimə bərpa olunmuşam. İndi isə vəzifəmdən kənarlaşdırmaq üçün “ixtisar” bəhanəsi gətirirlər. Guya büdcəyə qənaət məqsədilə mənim ştatım ləğv olunmalıdır. Halbuki kadastr mühəndisi ştatı hər bir mərkəz üçün vacibdir. Meşə quruluşu xəritələrinin hazırlanması, ərazilərin koordinatlarının dəqiq müəyyən edilməsi, zəbt olunmuş torpaqların, istirahət mərkəzlərinin və əkin sahələrinin hüquqi uçotu məhz bu sahənin funksiyalarına daxildir. Əgər məqsəd büdcəyə qənaətdirsə, sonradan qanunsuz yaradılmış “dolay”ların ixtisarı nəzərdən keçirilməlidir. Hazırda bəzi mərkəzlərdə 8-10-a qədər belə qeyri-qanuni dolay mövcuddur ki, bu da işbazlar üçün qazanc mənbəyinə çevrilib.

Sizdən və Nazirlikdən xahiş edirəm, bu məsələni araşdırasınız və peşə fəaliyyətimi davam etdirmək üçün mənə şərait yaradılmasına kömək edəsiniz".

Kadastr üzrə baş mühəndis ştatlarının ixtisarı meşə sahələrinin idarə olunmasına və torpaq zəbtinə qarşı aparılan mübarizəyə necə təsir göstərəcək? Bu ştatların ləğvi meşə quruluşu xəritələrinin hazırlanması və ərazilərin koordinatlaşdırılmasında boşluq yaratmayacaqmı?

Yaranan suallara cavab tapmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib: “Ölkə üzrə meşə fondu sərhədlərinin dəqiqləşdirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. İki ilə yaxındır ki, Meşələrin İnkişafı Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti meşə fondu xəritələrinin elektronlaşdırılması istiqamətində birgə fəaliyyət göstərir və 2025-ci ilin sonuna kimi bu işlər başa çatdırılacaq. Fəaliyyətlər müasir texnoloji sistemlər üzərindən daha çevik və dəqiq şəkildə Meşələrin İnkişafı Xidmətinin Meşə Təsərrüfatı Tədbirləri Mərkəzi tərəfindən həyata keçiriləcək.

Yeniliklərin tətbiq olunduğu bir sıra meşə təsərrüfatlarında hazırda elektron xəritə sistemindən istifadə edilir, zəbt olunmuş sahələrin boşaldılması isə mühafizə üzrə mütəxəssislər və hüquqşünaslar tərəfindən koordinasiyalı şəkildə həyata keçirilir.

Qeyd edək ki, meşələrin mühafizəsinin gücləndirilməsi və şəffaflığın artırılması məqsədilə hazırda Rəqəmsal Ekologiya İnformasiya Sisteminin (REİS) meşə modulu səmərəli şəkildə tətbiq olunur, meşə fondu torpaqlarının həssas meşə ərazilərində ağacların inventarlaşdırılması və nişanlanması işlərinə başlanılıb”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Noyabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see187

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see155

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see153

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see147

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see131

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri