Icma.az
close
up
RU
Auditorlar Palatası Şurasının iclasında auditin inkişafı və şəffaflığın artırılması məsələləri müzakirə olunub

Auditorlar Palatası Şurasının iclasında auditin inkişafı və şəffaflığın artırılması məsələləri müzakirə olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Auditorlar Palatası Şurasının iclasında ölkədə auditin inkişafı və şəffaflığın artırılması üçün mühüm aktuallıq kəsb edən bir sıra məsələlər müzakirə edilib.

Qurumdan AZƏRTAC-a bildirilib ki, şura üzvləri və rəyçi mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən “Audit və hesabatlılıq: cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə” adlı kitabın nəşr edilməsinə və geniş yayılmasına dair yekdilliklə qərar qəbul edilib.

Məlumata əsasən, kitab Azərbaycanda ƏL/TMM sahəsindəki bilik və təcrübənin artırılmasına, beynəlxalq standartlara uyğun peşəkar mütəxəssislərin hazırlanmasına, ölkənin maliyyə təhlükəsizliyinin möhkəmləndirilməsinə, çirkli pulların yuyulmasına qarşı mübarizədə audit və hesabatlılığın rolu, daxili və xarici nəzarətin əhəmiyyəti, terrorçuluğun maliyyələşdirilməsi və təhlükələr, milli qanunvericilik və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə, şəffaflıq və hesabatlılığın təmin edilməsinə xidmət edir.

Keyfiyyətə kənar nəzarət sahəsində yol verilən nöqsanlar və onların profilaktikasına dair müzakirə tədbir iştirakçılarının dərin marağına səbəb olmaqla bərabər, həm də ciddi fikir mübadiləsi şəraitində keçib, dəyərli tövsiyələrin tətbiqi məqsədəmüvafiq hesab edilib.

Haqsız rəqabətə qarşı mübarizədə xarici təcrübənin tətbiqi üzrə təklif olunan tədbirlər auditor xidməti bazarında sağlam rəqabətin bərqərar olması məqsədi güdür.

Şura iclasında xidmət bazarında qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən şəxslərin mövcudluğu dərin təəssüf hissi ilə qeyd edilib və qanunvericiliyi pozan hüquqi şəxslər barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunması qərara alınıb.

Şura iclasında Palatanın rəhbərliyi və əməkdaşları, şura üzvləri ilə yanaşı, bir sıra auditor təşkilatlarının rəhbərləri və sərbəst auditorlar iştirak edərək, dəyərli təkliflər irəli sürüblər.

Onların sırasında Auditorlar Palatası Şurasının üzvü, sərbəst auditor Altay Cəfərov, Auditorların ixtisasartırması və peşə təhsili üzrə komitənin sədri, sərbəst auditor İlham Süleyman, sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi Elnur İbrahimov, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov, Haqsız rəqabətə qarşı mübarizə idarəsinin rəisi Rövşən Cəfərli, Auditin təşkili və hesabatlılıq idarəsinin rəisi Vasif Cavadov, “Global Audit” MMC-nin direktor-auditoru Azər Pirimov, “Active Consulting CN” MMC-nin direktoru Nazim Alıyev, sərbəst auditor Üzeyir Fətiyev, “Consulting Group” MMC-nin direkor-auditoru Elçin Əkbərov və “Elvi Audit Finans” MMC-nin direktor-auditoru Elxan İsmayılovu qeyd etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri