Icma.az
close
up
RU
Məşğulluğun təmin olunması istiqamətində dayanıqlı mexanizmlər formalaşdırılır ŞƏRH OLUNDU

Məşğulluğun təmin olunması istiqamətində dayanıqlı mexanizmlər formalaşdırılır ŞƏRH OLUNDU

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Son 5 il ərzində, yəni Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra bu ərazilərdə həyatın bərpası, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və genişmiqyaslı quruculuq-abadlıq işlərinin həyata keçirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Cənab Prezidentin müvafiq fərman və sərəncamları, Milli Məclisin qəbul etdiyi qanunlar, eləcə də “Böyük Qayıdış” üzrə qəbul olunmuş dövlət proqramı bu prosesin hüquqi-siyasi əsaslarını formalaşdırmışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, hazırda azad edilmiş bütün rayon mərkəzlərinin və şəhərlərin baş planları həmin regionun vətəndaşlarının iştirakı və dövlət rəhbərliyi nəzarəti ilə hazırlanmış, təsdiq edilmiş və icrası sürətlə həyata keçrilməkdədir: “Kəndlərdə də paralel olaraq infrastruktur layihələri reallaşdırılır və ilin sonuna qədər təqribən altmış min nəfərin məskunlaşdırılması planlaşdırılır. Hazırda isə artıq əlli minə yaxın insan orada işləyən işçi heyyəti ilə bərabər ata-baba yurdlarına qayıtmış, sosial-mədəni həyatları təmin edilmiş və məşğulluq imkanları yaradılmışdır. Xüsusilə vurğulanmalıdır ki, tikinti və bərpa işlərində “ağıllı ev”, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası tətbiq olunmaqla ekoloji baxımdan təmiz və yaşıl enerji prinsiplərinə üstünlük verilir. Bu yanaşma həm ərazilərin ekoloji təhlükəsizliyini təmin edir, həm də onların gələcəkdə mühüm turizm mərkəzlərinə çevrilməsi potensialını gücləndirir.

Dövlət büdcəsindən indiyədək Qarabağ və Şərqi Zəngəzurun bərpası, infrastrukturun yenidən qurulması və məcburi köçkünlərin məskunlaşdırılması üçün 25 milyard manata yaxın vəsait ayrılmışdır. Bu proses mərhələli şəkildə davam etdirilir. İstər dövlət büdcəsindən maliyələşən təşkilatlar, istərsə də özəl sektorlar bölgədə öz yerli idarələrini yaradır, fəaliyyətini genişləndirərək sahibkarlıq mühitinin inkişafına töhfə verir. Nəticədə, bölgədə məşğulluğun təmin olunması istiqamətində dayanıqlı mexanizmlər formalaşdırılır və əhalinin rifahı yüksəldilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see330

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see178

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see154

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri