Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Məşhur ağrıkəsicilərin ölümcül təsiri üzə çıxdı

Məşhur ağrıkəsicilərin ölümcül təsiri üzə çıxdı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyada ən çox istifadə edilən ağrıkəsicilərdən olan ibuprofen reseptsiz satıldığı üçün əksər insanlar tərəfindən tamamilə zərərsiz hesab olunur. Mütəxəssislər isə bu preparatın nəzarətsiz qəbulunun ölümcül təhlükələr yaratdığı barədə ciddi xəbərdarlıq edirlər.
Demokrat.az xəbər verir ki, oynaqlardakı ağrılar, miqren və ya artrit zamanı tez-tez müraciət olunan bu dərman daxili qanaxmadan tutmuş böyrək çatışmazlığına qədər ağır fəsadlara yol aça bilər. İltihabı və şişkinliyi sürətlə azaldaraq müvəqqəti rahatlıq yaradan bu preparatın asanlıqla əldə edilməsi onun təhlükəsiz olması demək deyil. Ekspertlər reseptsiz satılan hər bir dərmanın risk daşıdığını bildirirlər.
İbuprofenin ən böyük zərərlərindən biri mədənin qoruyucu təbəqəsini birbaşa zədələməsidir. Bu ağrıkəsicinin davamlı və uzunmüddətli qəbulu mədə xorası və daxili qanaxma ehtimalını maksimum dərəcəyə çatdırır. Ən qorxulu məqam isə bu prosesin heç bir əlamət göstərmədən, gizli şəkildə irəliləməsidir. Bəzi xəstələrdə ilkin dövrlərdə mədə ağrısı və ya həzm pozğunluğu yaransa da, bir çox insan ciddi daxili qanaxma baş verənə qədər heç bir simptom hiss etmir. Gündəlik dozası 2400 milliqramdan çox olan, dərmanı həftələrlə qəbul edən şəxslər və 65 yaşdan yuxarı yaşlılar üçün bu risk daha ölümcüldür.
Preparatın digər gizli təhlükəsi böyrəklərin fəaliyyətinə mənfi təsir göstərməsidir. Böyrəklərin sağlam işləməsi normal qan dövranından asılıdır. İbuprofen isə böyrək damarlarını açıq tutan təbii birləşmələri birbaşa bloklayır və qan axınını pozur. Bu vəziyyət xüsusilə xroniki böyrək, ürək xəstəlikləri və ya yüksək qan təzyiqi olan şəxslərdə qəfil böyrək çatışmazlığına zəmin yaradır.
Uzunmüddətli istifadə yüksək qan təzyiqinə, bədəndə həddindən artıq maye toplanmasına və ciddi ürək fəsadlarına da səbəb ola bilər. Həmçinin bəzi astma xəstələri bu qrup dərmanlara qarşı həddindən artıq həssasdırlar. Onlarda preparatın qəbulundan dərhal sonra tənəffüs yollarında qəfil boğulma və xırıltı müşahidə edilə bilər.
İbuprofenin digər təyinatsız dərmanlarla eyni vaxtda qəbulu da riskləri dəfələrlə artırır. Təzyiq tənzimləyicilər, qan durulducular, antidepressantlar və ya bəzi diabet dərmanları ilə birlikdə istifadə həm həmin preparatların təsirini itirir, həm də daxili qanaxma kimi təhlükəli ağırlaşmalara yol açır.
Bununla belə, dərmandan tamamilə imtina etmək tələb olunmur. Ağrıkəsicini mümkün qədər ən aşağı dozada və yalnız bir neçə günlük qısامüddətli müalicələr üçün istifadə etdikdə yüksək effekt əldə etmək mümkündür.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyun 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see287

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see277

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see273

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see271

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see270

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see262

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see252

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see248

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see232

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see222

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see220

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see212

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see208

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see208

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see205

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see204

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see202

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see198

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see192

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri