Məşhur aktyora daha bir vəzifə tapşırıldı
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurası formalaşdırılıb.
Globalinfo.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Heydər Əliyev Sarayının direktoru, rejissor, ssenari müəllifi İlham Qasımov Şuraya üzv təyin edilib.
İlham Qasımov 1977-ci ildə anadan olub. 1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb. O, 1999–2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb.
2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib. O, 2023-cü ildən Heydər Əliyev Sarayına rəhbərlik edir.
Baxış sayı:61
Bu xəbər 02 May 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















