Icma.az
close
up
RU
Məşhur bankdam diqqətçəkən proqnoz: Bitcoin qızılın yolunu gedir?

Məşhur bankdam diqqətçəkən proqnoz: Bitcoin qızılın yolunu gedir?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Deutsche Bank" Araşdırma İnstitutunun yayımladığı "Bitcoin və qızıl: 2030-a qədər mərkəzi bankların rezervlərinin gələcəyi" adlı hesabatda kriptovalyutaların inkişaf perspektivlərinə dair maraqlı təxminlər yer alıb. 

Qaynarinfo-nun məlumatına görə, hesabatda bildirilir ki, uzunmüddətli perspektivdə Bitcoin qızılın keçdiyi inkişaf yoluna bənzər bir proses yaşayaraq dalğalanmanı azalda və milli rezerv aktiv statusuna çata bilər.

Analitiklər qeyd edir ki, Bitcoin-in istifadə sahəsi genişləndikcə və tənzimləyici mexanizmlər tətbiq olunduqca onun dəyişkənliyi azalır. Bu prosesin, yüz il əvvəl qızılın keçdiyi yola oxşarlıq göstərdiyi vurğulanır. Hesabatda "Qızıl da ilk dövrlərində spekulyasiya və qeyri-müəyyənliklə üzləşmişdi. Zamanla sabitlik qazandı. Bitcoin-də də oxşar bir tendensiya müşahidə olunur" ifadəsinə yer verilib.

Hesabata görə, Bitcoin-in ETF-lər vasitəsilə investor bazasını genişləndirməsi və institusional investorların artan marağı kriptovalyutanın əsas axın iqtisadiyyata inteqrasiyasını sürətləndirir. ABŞ və Böyük Britaniya kimi ölkələrdəki normativ dəyişikliklərin də bu prosesə dəstək verdiyi bildirilib. Avqust ayında Bitcoin-in dəyişkənliyinin tarixi minimuma endiyi, qiymətinin isə rekord səviyyəyə yüksəldiyi xatırladılıb.

Hesabatın ən mühüm proqnozlarından biri, 2030-cu ilə qədər Bitcoin-in mərkəzi bankların rezervlərində qızılla yanaşı yer ala bilməsidir. Deutsche Bank qeyd edir: "2030-cu ildən etibarən mərkəzi bankların balanslarında həm qızıl, həm də Bitcoin birlikdə yer ala bilər".

Bitcoin-in məhdud təklifi və hökumətlərdən asılı olmayan quruluşu ilə qızıla oxşadığı, lakin daşınma, əlçatanlıq və rəqəmsal istifadədə üstünlüklərə malik olduğu vurğulanır.

Müsbət məqamlara baxmayaraq, hesabatda Bitcoin-in yüksək dəyişkənliyinin tam aradan qalxmadığı, kibertəhlükələrə açıq olduğu və qızıla nisbətən daha az likvidlik göstərdiyi qeyd edilib. Bundan başqa, "daxili dəyərinin olmaması və spekulyativ bir yatırım vasitəsi kimi qiymətləndirilməsi”nin rezerv aktiv statusuna doğru irəliləməsində əhəmiyyətli maneə yarada biləcəyi vurğulanıb.

"Deutsche Bank" analitikləri insan psixologiyasının maliyyə seçimlərinə təsirinə də diqqət çəkib. Hesabatda bildirilir: "Tarix boyu investorlar ənənəvi aktivlərdən fərqli alternativlərə meyl göstərib. ABŞ-ın öncüllüyü ilə Bitcoin-in qəbul olunması, kriptovalyutaların spekulyativ vasitə olmaqdan çıxaraq qlobal maliyyənin legitim bir parçasına çevrilməsini təmin edə bilər".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see238

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see202

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see193

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see187

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see157

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see154

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see145

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see144

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see141

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see139

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see137

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see132

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri