Icma.az
close
up
RU
Məşhur film ekranlara qayıdır: davamı ÇƏKİLƏCƏK

Məşhur film ekranlara qayıdır: davamı ÇƏKİLƏCƏK

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lionsgate studiyası 1987-ci ildə ekranlara çıxmış kult “Çirkli rəqslər” filminin davamının çəkiləcəyini elan edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, filmin birinci hissəsində aktyorlar Cennifer Qrey və 2009-cu ildə onkoloji xəstəliklə uzunmüddətli mübarizədən sonra vəfat edən Patrik Sueyzi rol alıblar.

İstehsalına bu il başlanması planlaşdırılan tammetrajlı layihə üzərində prodüsserlər Nina Ceykobson və Bred Simpson çalışacaq, ssenarini isə Kim Rozenstok yazır.

Aktrisa Cennifer Qrey filmdə yenidən Beybi obrazına qayıdacaq, eyni zamanda icraçı prodüser kimi də çıxış edəcək. Rejissorun adı hələlik açıqlanmayıb. Bu barədə Deadline nəşri məlumat verib.

“Çirkli rəqslər” bu gün də ilk nümayiş olunduğu dövrdə olduğu kimi sevilir. Biz bilirdik ki, pərəstişkarların Kellerman kurortuna qayıdışı sevinclə qarşılaması üçün həqiqətən xüsusi bir komanda bir araya gəlməlidir”, - Lionsgate Motion Picture Group-un rəhbəri Adam Fogelson bildirib.

“Cennifer Qrey ilə birlikdə bu filmi irəli aparacaq ideal komandanı topladığımızı elan etməkdən böyük məmnunluq duyuruq. Bu layihə üçün Nina və Bred kimi - ‘Aclıq oyunları’nın yaradıcıları olan uzunmüddətli tərəfdaşlarımız və dostlarımızdan daha yaxşı prodüserlər ola bilməz. Kim Rozenstokun ssenarist kimi komandaya qoşulmasından da sonsuz dərəcədə şadıq. Belə bir superkomanda ilə biz tam sürətlə irəliləyirik ki, həm köhnə pərəstişkarlar, həm də yeni auditoriya ‘Çirkli rəqslər’in sehrini, musiqisini və emosiyalarını böyük ekran üçün xüsusi olaraq hazırlanmış yeni tammetrajlı filmdə yenidən kəşf edə bilsin”.

Xatırladaq ki, 1987-ci ildə çəkilən “Çirkli rəqslər” filminin süjeti 1963-cü ilin yayında baş verir. 17 yaşlı Frensis adlı qız, ailəsinin ona verdiyi ləqəblə Beybi, ailəsi ilə birlikdə kurort otelində istirahət edir.

Çətin həyat şəraiti və tanışlarına kömək etmək cəhdi nəticəsində o, gözəl və peşəkar rəqqas Coni ilə rəqs etməyə başlayır və onu müsabiqəyə hazırlayır. Qız valideynlərindən gizli şəkildə məşğul olur. Zamanla rəqs edən cütlük bir-birinə aşiq olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Fevral 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri