Məşhur futbolçunun oğlu 19 yaşında təqaüdə ÇIXDI
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliyanın A Seriyası klubu “Roma”nın əfsanəsi Françesko Tottinin oğlu Kristian Totti 19 yaşında futbolçu karyerasını başa vurub. İtaliya D Seriyasında çıxış edən “Olbia”nın futbolçusu olan Kristian bu qərarı ilə idman ictimaiyyətində təəccüb yaradıb.
News24.az xəbər verir ki, keçmiş məşqçisi onun Totti soyadının yaratdığı təzyiq səbəbindən gözləntiləri qarşılaya bilmədiyini deyib. Kristian Totti atasının yolunu davam etdirərək “Roma” akademiyasında yetişmişdi. Daha sonra “Frozinone”, “Rayo Valyekano”, “Avezzano” və son olaraq “Olbia”da çıxış edib.
Əldə edilən məlumata görə, Kristian futbolu tam tərk etmir. O, atası Françesko Tottinin futbol akademiyasında çalışaraq karyerasını bu sahədə davam etdirəcək. Keçmiş məşqçisi onun Seriya B və ya C-də uğur qazanacaq potensiala sahib olduğunu bildirib.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 29 İyul 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















