Məşhur ispan hücumçunu mühafizəçilər təlim məşq bazasına buraxmadılar
Milli.az saytına istinadən Icma.az xəbər verir.
İspaniya millisinin hücumçusu Borxa İqlesias maraqlı hadisə ilə gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu axşam gəzintisindən sonra milli komandanın təlim-məşq bazasına qayıdarkən gözlənilməz vəziyyətlə üzləşib. Təhlükəsizlik əməkdaşları onu tanımadıqları üçün bazaya girişinə icazə verməyiblər.
Borxa mühafizəçilərə İspaniya millisinin üzvü olduğunu bildirsə də, bu, problemi dərhal həll etməyib. Futbolçu özünü təqdim edərək komandaya məxsus bazaya daxil olmalı olduğunu izah etməyə çalışıb.
Yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün hücumçu milli komandanın inzibatçısı ilə əlaqə saxlayıb. Yalnız bundan sonra məsələ həll olunub və futbolçu bazaya daxil ola bilib.
Qeyri-adi hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb və futbolsevərlər arasında müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 İyun 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















