Icma.az
close
up
RU
Məşhur loğman Prezidentə müraciət etdi Zəngilana qayıtmaq istəyir

Məşhur loğman Prezidentə müraciət etdi Zəngilana qayıtmaq istəyir

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış yazıçı-jurnalist, loğman Ərşad Əzimzadə Azərbaycan Respublikasının Prezidenti İlham əliyevə müraciət edib.
Modern.az-ın məlumatına görə, Ərşad Əzimzadə dövlət başçısından doğulduğu Zəngilan rayonuna qayıtması üçün kömək istəyib:

“Mən 1934-cü ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan olmuşam. Xeyli vaxt regional qəzetin şöbə müdiri işləmişəm. Sonra əmək fəaliyyətimi respublikanın aparıcı qəzetlərində (“Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana”, “Bakinskiy raboçiy” və “Azərbaycan”) davam etmişəm. Hazırda təqaüdçüyəm, Xaçmazın Yergüc kəndində tək yaşayıram.

Mən doğma diyarıma qayıtmaq, Sizin başladığınız və uğurla həyata keçirdiyiniz quruculuq işlərində, bir ziyalı kimi, fəal iştirak etmək istəyirəm. Məramım – Xan Çinarlar Vətənini sağlam və uzunömürlü insanlar diyarına çevirməkdir.

Soruşa bilərsiniz: sən, 90 yaşlı qoca nə iş görə bilərsən?

Bəli, yaşım çoxdur. Amma qoca deyiləm. Sinəmdə, böyük quruculuq işləri aparan dövlətə yardımçı olmaq, ağır zərbə almış Vətəninə və dərin sarsıntı keçirmiş Xalqına təmənnasız xidmət etrmək istəyən bir gəncin ürəyi döyünür. Güman edirəm, topladığım bilik və zəngin həyat təcrübəm, eləcə də insanlara nikbin ovqat aşılamaq bacarığım, “sağlam cisim – sağlam ruh” təməli üzərində vətənpərvər nəsil yetişdirmək kimi vacib bir məsələdə faydalı ola bilər.

Tam təmənnasız çalışmağa hazıram. Enerjim də var, yaşamaq və işləmək həvəsim də, aydın zəkam və güclü yaddaşım da. Bunlar haradandı? Mən, 30 yaşdan 60 yaşacan 8 ağır xəstəlikdən əzab çəkən, 30 il dərman-terapiya müalicəsi alan bir insan, 1995-ci ildə dahi yapon alimi Nişinin Sağlamlıq Sistemini həyatıma tətbiq edərək, həm sağlamlığımı, həm də gəncliyimi qaytara bildim. Məhz 60 yaşdan sonra məndə güclü yazıb-yaratmaq və çalışmaq həvəsi oyandı. Son 30 ildə 20-dən çox elmi-publisistik və bədii əsər yazıb, xalqıma təqdim etmişəm. Bestsellerə çevrilmiş “Möcüzəsiz möcüzə” əsərim türk və fars dillərinə tərcümə olunub».
Ə.Əzimzadə bildirib ki, o, yazıçılıq missiyasını Zəngilanda davam etmək istəyir:
“Lakin “qaçqın” statusum və şəxsi ev tikmək imkanım yoxdur. Doğma diyara qayıdış yolumu kəsən yeganə maneə mənzil problemidir. Onu ancaq Siz həll edə bilərsiniz. Bu maneə aradan qalxsa, ömrümün qalan hissəsini insanlara xidmət göstərməyə, Vətənimə dəyən yaranı sağaltmaq prosesində fəal iştirak etməyə hazıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Aprel 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri