Icma.az
close
up
RU
Məşhur məmurun milyonçu qayınatasına 2 milyon 500 min manat “atıb”lar ŞOK FIRILDAQ SXEMİ

Məşhur məmurun milyonçu qayınatasına 2 milyon 500 min manat “atıb”lar ŞOK FIRILDAQ SXEMİ

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun qayınatası, Azərbaycanda məşhur milyonçu Əbülfəz Babayevin 2 milyon 500 min manatını ələ keçiriblər. Pullar milyonçu qayınatadan Hollivud kinosunu xatırladan dələduzluq sxemi üzrə alınıb.

Adi bir makler Əliyar Abbasov bir xanım tanışı və digər 5 nəfərlə birgə kinolardakı qibtə olunası fırıldaqçılar kimi, bir neçə il ərzində Əbülfəz Babayevi “zəngin gələcək” nağılı ilə ovsunlayıb.

Plan isə sadə olub – Əbülfəz Babayevi əvvəlcə Bakıda bir binanın satış hekayəsinə inandırıb. Sonra atasını ona böyük tikinti layihələrinin əfsanəvi təsisçisi kimi təqdim etməklə “Hacı Kamal” kimi tanıdıb. Bundan sonra birgə yaşadığı qadın Xəyalə Hüseynovanı Türkiyədə iş aparan vəkil “Bahar xanım”, Bakıdakı tanışlarını isə “İstanbul şirkətləri”nin Bakıdakı nümayəndələri kimi təqdim edib və böyük pul qoparma əməliyyatını uğurla gerçəkləşdirməyi bacarıb!

Əliyar Abbasov və dəstəsi milyonçu Əbülfəz Babayevi bu minvalla inanılmaz bir xəyal dünyasına salıb - İstanbulda 1000 kvadratmetr mağazası olacaq, üstəlik, 450 kvadratmetrlik mənzil ixtiyarına veriləcək. Hələ Türkiyədə tikinti işlərinin “ikinci mərhələsi”nin planlaşdırılması kimi xəyala da inandırmağı bacarıblar.

Əbülfəz Babayev də əlində “gələcək zənginlik” xəritəsi ilə bir ucdan milyonlarını Əliyar Abbasova ötürüb. Xəyal dünyasının mərkəzinə sürükləndiyini anlayanda gec olub – sərvətindən 2 milyon 500 min manat qoparılıb!

İndi isə Əbülfəz Babayev əli yarıboş cibində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən 7 nəfərlik dəstənin cinayət işini izləməkdədir.

Hurriyyet.az Musavat.com-a istinadən xəbər verir ki, müttəhimlər kürsüsünə çıxarılan şəxslər bunlardır - Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynova.

Onlar Cinayət Məcəlləsinin 3 maddəsi - külli miqdarda dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və qanunsuz olaraq silah gəzdirmədə ittiham olunurlar.

Prosesdə Sevinc Abbasova şahid qismində dindirilib.

Deyib ki, müttəhimlərdən Əliyar Abbasov onun həyat yoldaşı, Ümid Abbasov isə qaynıdır.

Məlum olub ki, şahid Sevinc Abbasova ilə qaynı Ümid Abbasov arasında insident yaşanıb və o, bu barədə polisə məlumat verib.

Vəkillərin bununla bağlı sualına şahidin cavabı proses iştirakçılarında təəccüb doğurub.

O, qaynı barədə polisə şikayət verməsinə zərərçəkən Əbülfəz Babayev tərəfindən təhrik edildiyini açıqlayıb.

Sevinc Abbasovanın sözlərindən bəlli olub ki, həyat yoldaşının bir-birindən bahalı maşınlar alması onda müəyyən şübhələr doğurub. Ona görə də Əbülfəz Babayevlə əlaqə saxlayıb, pulun mənbəyini öyrənməyə çalışıb.

Onun sözlərinə görə, Əbülfəz Babayevlə Sumqayıtdakı kafelərdən birində görüşüb. Görüş zamanı Əbülfəz Babayevin yanında vəkili də olub. Sonradan bilib ki, həmin şəxs vəkil deyil, müstəntiqdir. Söhbət əsnasında Əbülfəz Babayev onunla qaynı arasında insident olmasından xəbər tutub və DİN-in “102” xidmətinə şikayət etməsinə təhrik edib.

Bundan sonra Əbülfəz Babayevin vəkili şahidə mülkləri ilə bağlı suallar verib. Bu isə Əliyar Abbasovu özündən çıxarıb. O, vəkili təhqir və təhdid edib.

Hakim onun zaldan çıxarılmasına göstəriş verib.

Şahidin məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadədə ziddiyyətli məqamlar olub. Buna görə də prosesdə ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Məlum olub ki, Sevinc Abbasova ibtidai istintaq zamanı həyat yoldaşının əleyhinə ifadə verib. “TikTok” sosial şəbəkəsindən Əliyar Abbasovun hazırda müttəhim statusunda olan Xəyalə Hüseynova ilə münasibətdə olduğundan, onunla evləndiyindən xəbər tutub. Şahid həyat yoldaşının əvvəllər sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın qohumlarından biri ilə evli olduğunu da açıqlayıb.

Sevinc Abbasova məhkəmədə deyib ki, ibtidai istintaqa verdiyi ifadələri oxumadan imzalayıb, hazır sənədlərə imza atıb.

Şahidin dindirilməsi sona çatandan sonra müttəhimlər Xəyalə Hüseynova, Ümid Abbasov və Məhərrəm İbrahimlinin vəkilləri müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlərlə çıxış ediblər. Vəsatətlər təmin olunmayıb.

İş üzrə zərərçəkən Əbülfəz Babayev “Olympus” Şirkətlər Qrupunun rəhbəridir.

İttihama görə, müttəhimlər Əbülfəz Babayevin 2 milyon 500 min manatını dələduzluq yolu ilə ələ keçiriblər. Dəstə üzvləri 2018-ci ilin yayından etibarən Əbülfəz Babayevin xüsusilə külli miqdarda pulunu ələ keçiriblər. 2022-ci ilin əvvəllərindən Əliyar Abbasov, onun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Xəyalə Hüseynova, bacısının əri Ramal Əzimov, tanışları Asiman Əzimov və Pərvin Zeynallı ilə qabaqcadan əlbir olan bir dəstə təşkil ediblər.

Belə ki, Əliyar Abbasov makler olub. 2018-ci ilin əvvəllərində Əbülfəz Babayevlə tanış olduqdan sonra onun perspektivli əmlak almaq niyyətində olduğunu öyrənib. Həmin ilin yay aylarında Fəqan Eyvazova məxsus Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, ARB televiziya şirkətinin ofisinin olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsinin satıldığını öyrənib və bu barədə Əbülfəz Babayevə məlumat verib. Binanın 3 milyon 500 min manata satıldığını deməklə ondan 100 min manat beh alıb. Bir müddət sonra Əbülfəz Babayev araşdırıb ki, həmin bina bankda girovdadır. Bu barədə Əliyar Abbasovdan soruşduqda sonuncu bildirib ki, ondan aldığı beh ilə binanı bankdan girovluqdan çıxaracaq və onun mülkiyyətinə veriləcək.

Bir müddət sonra isə əmlakın sənədlərinin hazırlanması üçün uzun müddət tələb olunduğunu deməklə Əbülfəz Babayevi alqı-satqının baş tutacağına inandırıb. 2019-cu ilin əvvəllərində Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına parkda Əbülfəz Babayevlə növbəti görüşündə guya atası Allahyar Abbasovun özündən uydurduğu “Hacı Kamal” adlı şəxsə 3 milyon 900 min manat pul verib şərikli formada Türkiyə Respublikasının İstanbul şəhəri, Bahçeli evlər, yeni Bosna Mərkəzi, Kavak SK-27 ünvanında çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə başladığını, atası sağ olduğu halda, guya 2018-ci ilin payız aylarında vəfat etdiyi üçün işlərin yarımçıq qaldığını bildirib.

Bununla kifayətlənməyən Əliyar Abbasov Əbülfəz Babayevdən beh kimi aldığı 100 min manat və gələcəkdə verilən əlavə pulun qarşılığında İstanbulda tikilən çoxmərtəbəli yaşayış kompleksindən - 1000 kvadratmetr qeyri-yaşayış və 450 kvadratmetr yaşayış sahəsini sonuncunun adına rəsmiləşdirəcəyini vəd edib.

Bundan başqa, həmin yerin yaxınlığında yerləşən digər torpaq sahəsində şərikli formada çoxmərtəbəli yaşayış binasını tikmək adı ilə şirnikləndirib. Bundan sonra, 2019-cu ilin əvvəllərindən başlayaraq Əliyar Abbasov Əbülfəz Babayevi İstanbulda tikintinin aparılmasına inandırmaq, ondan hər hansı bir şübhə qalmaması üçün yaxın ətrafını da ona müxtəlif vəzifəli şəxslər kimi təqdim edib. Bacısının əri, əvvəllər məhkum olunmuş Ramal Əzimovun mərhum atası Hacı Kamalın şəriki olduğunu deyib. Ramal Əzimovun İstanbul şəhərində tikdirdiyi çoxmərtəbəli yaşayış kompleksinin nizamnamə kapitalı üzrə 50 faiz hissəsinin sahibi olduğunu bildirib.

Orta təhsilli, heç bir fəaliyyətlə məşğul olmayan Xəyalə Hüseynovanı isə Əbülfəz Babayevə vəkil Bahar xanım kimi təqdim etməklə onun İstanbul şəhərində vəkillik fəaliyyəti ilə məşğul olduğunu deyib. Əlavə edib ki, Bahar xanım hüquqi məsələlərdə onlara kömək göstərir. Tanışı Asiman Əzimovu da uydurma adla - Kərbəlayi Asiman kimi Əbülfəz Babayevə Türkiyə-Azərbaycan arasında pul mübadiləsi ilə məşğul olan şirkətin rəhbəri kimi, Pərvin Zeynallı və Məhərrəm İbrahimlini isə Asiman Əzimova məxsus şirkətin işçiləri və daimi Bakı şəhərində yaşamaqla sonuncunun göstərişlərini icra edən şəxslər olduqlarını deyib. Bu işlərin görülməsi üçün sonuncu tərəfindən göndərilən pulların həmin şəxslərin vasitəsi ilə sərfəli şərtlərlə, yəni az faiz və qısa müddətdə Azərbaycandan Türkiyəyə nağd formada çatdırılması görüntüsü yaradıb.

Əliyar Abbasov Əbülfəz Babayevdən böyük pullar qoparmaq üçün çoxşaxəli addımlar atıb. Yaşadığı Xəyalə Hüseynova ilə birgə müxtəlif tarixlərdə İstanbul şəhərinə yollanıb. Orada müxtəlif ünvanlarda yerləşən tikinti sahələrindən foto və videolar çəkib, xarici telefon operatorlarına məxsus mobil nömrələrin vatsap proqramı üzərindən Əbülfəz Babayevə göndərib. Videolarda, fotolarda İstanbulda tikinti prosesi əks olunub. Beləliklə, Əbülfəz Babayev İstanbul şəhərində tikinti aparmaqda fayda olduğuna əmin olub. Əliyar Abbasova İstanbulda torpaq sahəsinin alınması üçün ümumilikdə 2 milyon 550 min 150 manat pul verib.

Əliyar Abbasov Əbülfəz Babayevdən aldığı pullarla özünün və yaxın qohum-tanışlarının adlarına çoxsaylı daşınar və danışmaz əmlaklar alıb.

Həmin əmlakların siyahısı belədir:

- Qəbələ rayonu, Nic kəndində 4 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və iri buynuzlu heyvan ferması,

- Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 111, 24 nömrəli həyət evi,

- Binəqədi rayonu, 9-cu mikrarayon, Adil Məmmədov küçəsi, bina 56, 1 nömrəli mənzil,

- Bərdə rayonu, Gərənə və Divanlı kəndlərində bir neçə hektar torpaq sahəsi,

“BMW" markalı, Az 10 ZZ 016 dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı, Az 10 XX 016 dövlət qeydiyyat nişanlı, “Ford” markalı, Az 41 ZZ 041 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, Az 77 EY 777 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, Az 99 AS 203 dövlət qeydiyyat nişanlı, Az 10-NX-016, Az 10-LG-016 dövlət qeydiyyat nişanlı avtomobillər alıb.

Əliyar Abbasov Əbülfəz Babayevdən aldığı pullarla bacısı Arzu Əzimovaya 2 mərtəbəli yaşayış evi tikib.

Qeyd edək ki, Əbülfəz Babayev “Olympus” şirkətlər qrupunun təsisçisi, Bakı-Şamaxı yolunda “Lukoyl” yanacaqdoldurma məntəqəsinin sahibidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Aprel 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri