Icma.az
close
up
RU
Məşhur milyonçu Bakıda maklerin uydurduğu nağıla inandı, 2 milyon 500 min manatından oldu ŞOK CİNAYƏT DOSYESİ

Məşhur milyonçu Bakıda maklerin uydurduğu nağıla inandı, 2 milyon 500 min manatından oldu ŞOK CİNAYƏT DOSYESİ

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda məşhur milyonçu, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun qayınatası Əbülfəz Babayevi Hollivud kinosunu xatırladan bir sxem üzrə aldadıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma mövzusu olan cinayət dosyesinin mərkəzində isə 2 milyon 500 min manatlıq “balaca bir sərgüzəşt” dayanır.

Bir xanım tanışı və digər 5 nəfərlə birgə adi makler Əliyar Abbasov, kinolardakı qibtə olunası fırıldaqçılar kimi, bir neçə il ərzində Əbülfəz Babayevi “zəngin gələcək” nağılı ilə ovsunlayıb. Plan isə sadə olub – Əbülfəz Babayevi əvvəlcə Bakıda bir binanın satış hekayəsinə inandırıb.

Sonra atasını ona böyük tikinti layihələrinin əfsanəvi təsisçisi kimi təqdim etməklə “Hacı Kamal” kimi tanıdıb. Bundan sonra birgə yaşadığı qadın Xəyalə Hüseynovanı Türkiyədə iş aparan vəkil “Bahar xanım”, Bakıdakı tanışlarını isə “İstanbul şirkətləri”nin Bakıdakı nümayəndələri kimi təqdim edib və böyük pul qoparma əməliyyatını uğurla gerçəkləşdirməyi bacarıb!

Əliyar Abbasov və dəstəsi milyonçu Əbülfəz Babayevi bu minvalla inanılmaz bir xəyal dünyasına salıb - İstanbulda 1000 kvadratmetr mağazası olacaq, üstəlik, 450 kvadratmetrlik mənzil ixtiyarına veriləcək. Hələ Türkiyədə tikinti işlərinin “ikinci mərhələsi”nin planlaşdırılması kimi xəyala da inandırmağı bacarıblar.

Əbülfəz Babayev də əlində “gələcək zənginlik” xəritəsi ilə, bir ucdan milyonlarını Əliyar Abbasova ötürüb. Xəyal dünyasının mərkəzinə sürükləndiyini anlayanda gec olub – sərvətindən 2 milyon 500 min manat qoparılıb!

İndi isə Əbülfəz Babayev əli yarıboş cibində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən 7 nəfərlik dəstənin cinayət işini izləməkdədir.

Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsünə çıxarılan şəxslər bunlardır - Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynova.

Onlar Cinayət Məcəlləsinin 3 maddəsi - külli miqdarda dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və qanunsuz olaraq silah gəzdirmə ittiham olunurlar.

İş üzrə zərərçəkən isə Əbülfəz Babayev “Olympus” Şirkətlər Qrupunun rəhbəridir. İttihama görə, müttəhimlər Əbülfəz Babayevin 2 milyon 500 min manatını dələduzluq yolu ilə ələ keçiriblər.

Dəstə üzvləri 2018-ci ilin yayından etibarən Əbülfəz Babayevin xüsusilə külli miqdarda pulunu ələ keçiriblər.

2022-ci ilin əvvəllərindən Əliyar Abbasov, onun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Xəyalə Hüseynova, bacısının əri Ramal Əzimov, tanışları Asiman Əzimov və Pərvin Zeynallı ilə qabaqcadan əlbir olan bir dəstə təşkil ediblər. Belə ki, Əliyar Abbasov makler olub.

2018-ci ilin əvvəllərində Əbülfəz Babayevlə tanış olduqdan sonra onun perspektivli əmlak almaq niyyətində olduğunu öyrənib. Həmin ilin yay aylarında Fəqan Eyvazova məxsus Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, ARB televiziya şirkətinin ofisinin olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsinin satıldığını öyrənib və bu barədə Əbülfəz Babayevə məlumat verib.

Binanın 3 milyon 500 min manata satıldığını deməklə ondan 100 min manat beh alıb.

Bir müddət sonra Əbülfəz Babayev araşdırıb ki, həmin bina bankda girovdadır. Bu barədə Əliyar Abbasovdan soruşduqda sonuncu bildirib ki, ondan aldığı beh ilə binanı bankdan girovluqdan çıxaracaq və onun mülkiyyətinə veriləcək.

Bir müddət sonra isə əmlakın sənədlərinin hazırlanması üçün uzun müddət tələb olunduğunu deməklə uzun müddət ərzində Əbülfəz Babayevi alqı-satqının baş tutacağına inandırıb.

2019-cu ilin əvvəllərində Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına parkda Əbülfəz Babayevlə növbəti görüşündə guya atası Allahyar Abbasovun özündən uydurduğu “Hacı Kamal” adlı şəxsə 3 milyon 900 min manat pul verib şərikli formada Türkiyə Respublikasının İstanbul şəhəri, Bahçeli evlər, yeni Bosna Mərkəzi, Kavak SK-27 ünvanında çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə başladığını, atası sağ olduğu halda, guya 2018-ci ilin payız aylarında vəfat etdiyi üçün işlərin yarımçıq qaldığını bildirib.

Bununla kifayətlənməyən Əliyar Abbasov Əbülfəz Babayevdən beh kimi aldığı 100 min manat və gələcəkdə verilən əlavə pulun qarşılığında İstanbulda tikilən çoxmərtəbəli yaşayış kompleksindən - 1000 kvadratmetr qeyri-yaşayış və 450 kvadratmetr yaşayış sahəsini sonuncunun adına rəsmiləşdirəcəyini vəd edib. Bundan başqa, həmin yerin yaxınlığında yerləşən digər torpaq sahəsində şərikli formada çoxmərtəbəli yaşayış binasını tikmək adı ilə şirnikləndirib.

Bundan sonra, 2019-cu ilin əvvəllərindən başlayaraq Əliyar Abbasov Əbülfəz Babayevi İstanbulda tikintinin aparılmasına inandırmaq, ondan hər hansı bir şübhə qalmaması üçün yaxın ətrafını da ona müxtəlif vəzifəli şəxslər kimi təqdim edib.

Bacısının əri, əvvəllər məhkum olunmuş Ramal Əzimovun mərhum atası Hacı Kamalın şəriki olduğunu deyib. Ramal Əzimovun İstanbul şəhərində tikdirdiyi çoxmərtəbəli yaşayış kompleksinin nizamnamə kapitalı üzrə 50 faiz hissəsinin sahibi olduğunu bildirib.

Orta təhsilli, heç bir fəaliyyətlə məşğul olmayan Xəyalə Hüseynovanı isə Əbülfəz Babayevə vəkil Bahar xanım kimi təqdim etməklə onun İstanbul şəhərində vəkillik fəaliyyəti ilə məşğul olduğunu deyib. Əlavə edib ki, Bahar xanım hüquqi məsələlərdə onlara kömək göstərir. Tanışı Asiman Əzimovu da uydurma adla - Kərbəlayi Asiman kimi Əbülfəz Babayevə Türkiyə-Azərbaycan arasında pul mübadiləsi ilə məşğul olan şirkətin rəhbəri kimi, Pərvin Zeynallı və Məhərrəm İbrahimlini isə Asiman Əzimova məxsus şirkətin işçiləri və daimi Bakı şəhərində yaşamaqla sonuncunun göstərişlərini icra edən şəxslər olduqlarını deyib.

Bu işlərin görülməsi üçün sonuncu tərəfindən göndərilən pulların həmin şəxslərin vasitəsi ilə sərfəli şərtlərlə, yəni az faiz və qısa müddətdə Azərbaycandan Türkiyəyə nağd formada çatdırılması görüntüsü yaradıb.

Əliyar Abbasov Əbülfəz Babayevdən böyük pullar qoparmaq üçün çoxşaxəli addımlar atıb.

Yaşadığı Xəyalə Hüseynova ilə birgə müxtəlif tarixlərdə İstanbul şəhərinə yollanıb. Orada müxtəlif ünvanlarda yerləşən tikinti sahələrindən foto və videolar çəkib, xarici telefon operatorlarına məxsus mobil nömrələrin vatsap proqramı üzərindən Əbülfəz Babayevə göndərib. Videolarda, fotolarda İstanbulda tikinti prosesi əks olunub.

Beləliklə, Əbülfəz Babayev İstanbul şəhərində tikinti aparmaqda fayda olduğuna əmin olub. Əliyar Abbasova İstanbulda torpaq sahəsinin alınması üçün ümumilikdə 2 milyon 550 min 150 manat pul verib.

Əliyar Abbasov Əbülfəz Babayevdən aldığı pullarla özünün və yaxın qohum-tanışlarının adlarına çoxsaylı daşınar və danışmaz əmlaklar alıb.

Həmin əmlakların siyahısı belədir:

- Qəbələ rayonu, Nic kəndində 4 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və iri buynuzlu heyvan ferması,

- Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 111, 24 nömrəli həyət evi,

- Binəqədi rayonu, 9-cu mikrarayon, Adil Məmmədov küçəsi, bina 56, 1 nömrəli mənzil,

- Bərdə rayonu, Gərənə və Divanlı kəndlərində bir neçə hektar torpaq sahəsi,

“BMW" markalı, Az 10 ZZ 016 dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı, Az 10 XX 016 dövlət qeydiyyat nişanlı, “Ford” markalı, Az 41 ZZ 041 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, Az 77 EY 777 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, Az 99 AS 203 dövlət qeydiyyat nişanlı, Az 10-NX-016, Az 10-LG-016 dövlət qeydiyyat nişanlı avtomobillər alıb.

Əliyar Abbasov Əbülfəz Babayevdən aldığı pullarla bacısı Arzu Əzimovaya 2 mərtəbəli yaşayış evi tikib.

Qeyd edək ki, Əbülfəz Babayev “Olympus” şirkətlər qrupunun təsisçisi, Bakı-Şamaxı yolunda “Lukoyl” yanacaqdoldurma məntəqəsinin sahibidir./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Aprel 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri