Məşhur müğənninin narkotik test nəticələri açıqlandı
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Türkiyəli tanınmış müğənni Simge Sağın ilə bağlı aparılan narkotik araşdırmasında yeni detallar üzə çıxıb. Ötən həftə saxlanıldıqdan sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan ifaçının tibbi ekspertiza nəticələri açıqlanıb.
Milli.Az xəbər verir ki, müğənninin vəkili Eda Salman açıqlamasında bildirib ki, aparılan analizlər nəticəsində Simge Sağının narkotik və ya hər hansı stimullaşdırıcı maddə istifadə etmədiyi qəti şəkildə təsdiqlənib. Onun sözlərinə görə, bu nəticə əvvəl verilən açıqlamalarla da üst-üstə düşür və sənətçinin ittihamlarla əlaqəsinin olmadığını göstərir.
İfaçı isə ifadəsində qeyd edib ki, sevgilisi İlkay Şencanın narkotik istifadə etdiyindən xəbəri olmayıb. O bildirib ki, çantasında aşkar edilən maddədən də xəbərsiz olub və özü heç vaxt narkotik istifadə etməyib.
Xatırladaq ki, İstanbul şəhərində keçirilən istintaq çərçivəsində Simge Sağın aprelin 7-də saxlanılmış, ondan qan və saç nümunələri götürüldükdən sonra ifadəsi alınmışdı. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində ölkədən çıxış qadağası tətbiq olunaraq sərbəst buraxılmışdı.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 18 Aprel 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















