Məşhur müğənninin vəziyyəti ağırlaşdı
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Rusiyalı müğənni Filipp Kirkorov ən azı bir ay xəstəxanada qalacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə sənətçinin yaxınları məlumat yayıb.
Bildirilib ki, konsertdə atəşfəşanlıqdan sonra yanıq xəsarətləri alan ifaçının sağalma prosesi uzun çəkir.
“Onda şəkərli diabet səbəbindən ağırlaşmalar yaranıb. Həkimlər hələ ki, ehtiyatlı davranırlar və müalicənin nə qədər davam edəcəyini demirlər. Filip məzuniyyət planlaşdırırdı, səhhətinə görə onu ləğv etməli oldu. Bütün çəkilişləri və tamaşaları ləğv etmişik”, – sənətçinin nümayəndəsi bildirib.
Qeyd edək ki, Filip Kirkorov mayın 23-də təcili cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona yanıqdan sonra oynaqların iltihabı diaqnozu qoyulub.
Sənətçi Sankt-Peterburqdakı konsertində atəşfəşanlıq səbəbindən yanıb.
Leyla Əlisoy
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 İyun 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















