Icma.az
close
up
RU
Məşhur professordan İNANILMAZ RESEPT: xoşbəxt olmaq istəyirsinizsə...

Məşhur professordan İNANILMAZ RESEPT: xoşbəxt olmaq istəyirsinizsə...

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Verdiyi açıqlamaları ilə tez-tez Türkiyədə böyük səs-küy yaradan məşhur professor və kardioloq Canan Karatay bu dəfə xoşbəxtlik reseptini açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sağlam qidalanma haqqında fikirlərini belə ifadə edib:

“Qış mövsümündə ucuz qış tərəvəzlərinə üstünlük verməli, yazda isə yaz tərəvəzləri yeməliyik. Çünki bədənimiz belə proqramlaşdırılıb. Qışda badımcan və bibər istifadəsinə qarşıyam. İlin 12 ayı badımcan yesəniz, bədən mənfi reaksiya göstərər. Qış üçün turp, kələm, yerkökü, gül kələm, yerkökü və kərəviz kimi faydalı məhsullar var. Qışda bu tərəvəzləri yeməliyik ki, xəstələnməyək. Hər tərəvəzi və hər meyvəni təbii yetişdiyi mövsümündə yeməliyik".

Canan Karatay xoşbəxt olmaq istəyənlərə şalğam suyu içməyi təklif edib və bildirib ki, soyuq havalarda qıcqırmış şalğam suyu, təbii qatıq və evdə düzəldilmiş turşu növlərinə üstünlük vermək lazımdır. Xoşbəxtlik hormonu olan serotonin bağırsaqlarda əmələ gəldiyini xatırladan Karatay fikirlərinə belə davam edib:

"Serotonin hasil etmək üçün ən doğru qidalar evdə düzəldilmiş turşu, təbii qıcqırmış şalğam suyu, sirkə və qatıqdır. Kələm, turp, gül kələmi, soğan, sarımsaq, təbii kərə yağı, zeytun yağı, keçi pendiri, qoyun pendiri də serotonin ifraz edir. Ənənəvi üsullarla düzəldilmiş turşu və şalğam suyu ən sağlam içkilərdir".

Sonda Karatay makaron, paxlava, piroq, lahmacun, pitsa, kotlet, sendviç və qazlı içkilərin köklüyə səbəb olduğunu dilə gətirib.

Məlumat üçün bidirək ki, şalğam kələmçiçəyikimilər fəsiləsinə aid bitki olan şalğamdan hazırlanan Çukurova bölgəsinə xas bir içkidir. Adana, Mersin, Osmaniye kimi bir çox cənub bölgələrində geniş istifadə olunur. Qırmızı rəngli, bulanıq və meyxoş olur. Acı və şirin növləri vardır. Acı şalğam hazırlamaq üçün əsasən acı bibərdən istifadə olunur. Lakin şalğam acı bibərlə qarışdırıldıqdan sonra uzun müddət saxlanıla bilməz. Şalğamla bərabər qara yerkökü də yeyilə bilər. Şalğam Türkiyədə adətən kababla içilir. Plastik qabda saxlanılsa, dadı dəyişə bilər, odur ki, əsasən şüşədə saxlanılır. Sağlamlığa faydalı olduğu iddia edilsə də, tərkibində yüksək miqdarda duz olduğu üçün təzyiq problemi olanlar və hamilə qadınlar tərəfindən az istifadə edilməlidir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 02:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri