Icma.az
close
up
RU
Məşhur psixiatrdan xoşbəxtlik və qəlb rahatlığını tapmağa kömək edən QAYDALAR

Məşhur psixiatrdan xoşbəxtlik və qəlb rahatlığını tapmağa kömək edən QAYDALAR

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir çox insanın məqsədi ideal münasibətlər əldə etmək, xəyallarındakı işi tapmaq, xoşbəxt olmaq və həyatdan məmnun qalmaqdır. Ancaq bu hədəflərdən birinə çatmaq üçün özünü inkişaf etdirmək də daxil olmaqla, səbr və əzm tələb olunur.

Bəziləri möhkəm ailə qurur, digərləri karyeranı seçir. Bəziləri isə səyahət və dünya biliklərini inkişaf etdirir. Ancaq buna necə nail olmaq yollarını hər kəs bilmir.

Praktik psixologiya mövzusunda 30-dan çox kitab yazan psixoloq, yazıçı və psixoterapevt Mixail Litvak şəxsi həyatda və peşəkar karyerada uğur qazanmağın 20 əsas qaydasını tərtib edib.

1. Xoşbəxtlik hədəf ola bilməz

Xoşbəxtliyin arxasınca getməyin. Onu başqa bir adamda və ya maddi nemətlərdə tapa bilməzsiniz. Xoşbəxtlik içdən doğulur və həyatdan zövq almağı öyrənəndə bu vəziyyətə çata bilirsən. Bacarıqlarınızı inkişaf etdirmək sənətini mənimsəməli, nailiyyət və hədəflərinizə köklənməlisiniz. Bu xoşbəxtliyə aparan başlıca yolunuz olacaq.

2. Başqalarının fikirlərindən asılı olmağı dayandırın

Əgər özünüzdən razısınızsa, yaxşı, ağıllı və layiqli bir insan olduğunuzdan əminsinizsə, sizi mühakimə etmək üçün heç vaxt başqa insanlara ehtiyacınız olmayacaq.

3. Gözləməyin və soruşmayın

Həqiqətən nəyəsə nail olmaq istəyirsinizsə, gözləməyin və bunu etmək üçün başqasından icazə və ya təsdiq istəməyin. Hər şeyə özünüz nəzarət etməyə çalışın.

4. Nəzəriyyəçi olmayın

Nəzəri bilikləri hərəkətə çevirən yetkin insan olun. Yetkin olmayan insan müəyyən məlumata sahibdir, amma bunu necə tətbiq edəcəyini bilmir, odur ki, başqalarını tənqid etməkdən başqa çarəsi qalmır.

5. Düzgün planlaşdırılmış tədbirlər müvəffəqiyyətin açarıdır

Fəaliyyətinizi planlaşdırdığınızdan və həyatınızı prioritetlərinizə uyğun təşkil etdiyinizdən əmin olun. Bu xoşbəxtlikdir.

6. Başqalarını günahlandırmayın

Ən böyük düşməniniz pusquda gizlənib yıxılmağınızı gözləyən deyil, özünüzsünüz. Və bu düşmənlə döyüş çox şiddətli ola bilər.

7. Dollar deyilsiniz ki, hər kəs sizi bəyənsin

Hər kəsi məmnun etməyə çalışsanız, dərhal böyük bir uğursuzluğa yuvarlana bilərsiniz. Bu mümkün deyil. Və ehtiyac yoxdur. Bu yolda atılan bütün cəhdləriniz əbəsdir. Özünüzü narahat və emosional hiss edəcəksiniz.

8. Gerçəkliyi xəyal edin

Xəyal qurmağı sevirsinizsə, mümkün ola biləcək reallığı xəyal edin. Real olmayan planlar və hədəflərə vaxt itirməyin.

9. Özünüz üçün yaşamağı öyrənin

Başqalarına bir şey sübut etməyə çalışmaq onlar üçün yaşamaq deməkdir.

10. Depressiya yalnız qaranlıq deyil

Hisslərinizi depressiyaya yatırmayın. Depressiya çətin, pis və xoşagəlməz haldır. Ancaq həm də içinizə baxmaq bir fürsətdir. Yolda irəliləməyinizə mane olan və nəyin sizi əngəllədiyini öyrənin.

11. Düşmənlərlə ünsiyyət qurun

Dostlarla danışmaq, şübhəsiz ki, çox xoşdur. Ancaq yalnız düşmənlərlə söhbətdə özünüz haqqında yeni bir şey öyrənə bilərsiniz. Buna görə bəzən dostlara deyil, düşmənlərə qulaq asmaq daha faydalıdır.

12. Kitab ən yaxşı məsləhətçidir

Yaxşı kitab oxumaq dayaz düşüncəli insanla danışmaqdan faydalıdır.

13. Vaxtınızı faydalı keçirin

Başqalarının həyatına müdaxilə etməyin, bunun əvəzinə elmin və ya fəlsəfənin nə fayda verdiyini düşünün.

14. İnkişafa mane olan münasibətlər

Romantik və ya işgüzar münasibətlərin inkişafa və müvəffəqiyyətli olmağınıza mane olduğunu hiss edirsinizsə, onları nəzərdən keçirin.

15. İnsanlardan qorxmayın

İnsanlarla ünsiyyətdən qorxursunuzsa, bu düşüncədən dərhal xilas olun. Heç olmasa bir saniyə bir insanın sizə qarşı müsbət düşüncədə olduğunu düşünün.

16. Qadın məntiqi haqqında

Kişi və qadın məntiqinin varlığı fikri məntiqsizdir. İnsan ya ağıllıdır, ya da yox.

17. Yalnızlıqdan qorxmayın

Xüsusilə romantik münasibətləri kəsdikdən sonra subaysınızsa, narahat olmayın. Yalnızlıq yetkinliyin və mənəvi böyümənin bir hissəsidir. Bundan əlavə, özünüzlə tək olanda adi haldan daha məhsuldar ola bilərsiniz.

18. Sevincinizi paylaşın

Heç vaxt öz xoşbəxtliyinizdə çox eqoist olmayın. Dostlarınızla bölüşdüyünüz xoşbəxtlik artmaq qabiliyyətinə malikdir. Çünki sevdiklərinizin necə sevindiyini görürsünüz.

19. Heç kim sizi ləngitmir

Sadəcə bəziləri cəld hərəkət edə bilir və siz öz sürətinizdə yaşayırsınız.

20. Özünüzü tərifləməyi bacarın

Özünü necə tərifləməyi bilməyən hər kəs, şübhəsiz ki, ətrafındakıları tənqid edəcək. Həqiqətən söyləyə biləcəyi bir şey olmasa belə. (publika.az)

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 06:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri