Icma.az
close
up
RU
Məşhur rejissor ən çox sevdiyi romanı ekranlaşdıracaq

Məşhur rejissor ən çox sevdiyi romanı ekranlaşdıracaq

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Hollivudun məşhur rejissoru və ssenarist Ceyms Kemeron zövq almaq üçün çəkmək istədiyi film haqqında danışıb. C. Kemeron deyib ki, bir çox insanlar sevdiyi ədəbi əsərin ekranlaşdırılmasını görmək istəyir, lakin bu arzular həmişə gerçəyə çevrilmir.
Reyting.az
-ın məlumatına görə, Kemeron deyib ki, kino adamı kimi onun da sevdiyi əsəri ekranlaşdırmaq arzusu olub və artıq həmin arzusu reallığa çevrilib.
Məşhur rejissor indi arzuladığı layihə üzərində çalışır.
Kemeron vurğulayıb ki, ümumiyyətlə, kinorejissor kimi o, həmişə eyni fikirdə olub - ən çox bəyəndiyi kitabı sadəcə götürmək, onun adaptasiya hüquqlarını almaq və ssenari yazanlarla birgə prosesdə iştirak etmək. Ulduz rejissor deyib ki, o da məhz bunu edib.
Kinorejissor çox sevdiyi və həmişə yaradıcılığını izlədiyi yazıçının romanına müraciət edib. Kemeron fantastika ustasının, əsərləri ilə oxucularını daima sirli qaranlıqlara qərq edən yazıçı Co Aberkrombienin yeni dərc olunmuş, bestsellerə çevrilən "Şeytanlar" romanına müraciət edib. Artıq bu məşhur əsəri tezliklə ekranlaşdırmağa hazırlaşan Hollivudun əfsanəvi rejissoru hazırda müəlliflə birlikdə ssenari üzərində çalışır.
Kemeron, həmçinin orijinal əsərin onu dərindən təsirləndirdiyindən də söz açıb: "Bu, sadəcə, adamın ağlını başından alır. Mən kitabdan bəzi hissələri hətta ucadan arvadım Syuziyə oxuyurdum. Sonra məni bir ideya silkələdi. Düşündüm ki, əgər bu kitabı çox bəyənirəmsə, onda mən əsəri götürüm, alım. Öz-özümə dedim, sonra etdim. Burada "Avatar" filmində olduğu kimi, bir şüurluluq, alt qat yoxdur, amma nə olsun, bu pisdir ki? Bəzi filmlər var ki, onları məhz "Xirosima" kimi çəkməlisən. "Şeytanlar" isə sırf zövq üçün çəkiləcək bir filmdir".
Kemeron əlavə edib ki, əsərin əsas qəhrəmanlarından biri rahib Diasdır. "Bu rahib qardaş isə bir gün Müqəddəs Şəhərə çağırılır və burada o, mükafat, yüksək vəzifə alacağına ümid edir. Lakin onu çox böyük sürpriz, yəni yeni bir icma gözləyir. Həmin icma tövbə etməmiş qatillərdən və qaranlıq sehrlərlə məşğul olanlardan, bir sözlə, əsl qaniçən monstrlardan ibarətdir. Ancaq əgər uca məqsəd varsa, o, hər cür vasitəyə haqq qazandıra bilər - qan içində boğulmalı və arxanda cəsədlər buraxmalı olsan da. Bu orijinal süjet xəttidir. Beləliklə, həmin rahib qardaş Diasın qarşısında sanki atəş, dəhşət saçan bir cəhənnəm peyda olur. Məhz bu səbəbdən də bu cür vəziyyətdə onun yanında bir neçə şeytan xislətlilərin olması əslində pis təsir bağışlamır",- deyən Kemeron əsərə heyran olduğunu gizlətməyib.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://reyting.az
archiveBu xəbər 31 İyul 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri