Icma.az
close
up
RU
Dünya şöhrətli rejissor Odisseyanı ekranlaşdıracaq

Dünya şöhrətli rejissor Odisseyanı ekranlaşdıracaq

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Hollivud ulduzu, dünya şöhrətli amerikalı rejissor Kristofer Nolan antik yunan şairi Homerin əsəri əsasında ekranlaşdırılacaq "Odisseya" filminin rejissoru olacaq. Artıq bu yeni ekran əsərində rol alacaq bir çox ulduz aktyorların heyəti müəyyənləşib və nümayişin tarixi dəqiqləşdirilib.
Reyting.az
-ın məlumatına görə, Kristofer Edvard Nolan vətəni Böyük Britaniya kimi ABŞ da məşhurdur. Çünki kinorejissorun, ssenaristin, prodüserin yaradıcılığının böyük hissəsi Amerikadakı fəaliyyəti ilə bağlıdır.
Hollivud kinosunda dəfələrlə rekordçu kimi ad çıxaran Nolan ABŞ kinosuna ən çox gəlir gətirmiş filmlərin rejissorlarından biri olub. Buna görə də kino tənqidçiləri Nolanı mübahisəsiz olaraq ən məşhur və nüfuzlu kinorejissorlardan biri hesab edirlər.
Son məlumatlara görə, rejissorun növbəti filmi Homerin "Odisseya" dastanının bəzi əlavələrlə uyğunlaşdırılması olacaq. Yeni layihə ilə bağlı yayılmış məlumatı "Universal" studiyası da "X-account" vasitəsilə paylaşıb və xəbəri təsdiq edib.
Kino şirkəti bildirir ki, film Homerin əsas dastanını ilk dəfə "IMAX" effekti ilə ekranlarına gətirir və istehsaldan sonra, 17 iyul 2026-cı ildə bu film dünya kinoteatrlarında nümayiş olunacaq.
Hollivudun məşhur "Universal" studiyası "Odisseya" filmini bütün dünyada lentə alınacaq bir "mifik hərəkət dastanı" kimi qiymətləndirib. Kinostudiya vurğulayıb ki, onlar çəkiliş zamanı "tamamilə yeni" olan "IMAX" texnologiyasından istifadə etməyi planlaşdırırlar.
"Variety" jurnalı yazır ki, gizli saxlanılsa da, bu ekran əsərində rol alacaq aktyorların adı artıq bəllidir. Yeni filmdə Mett Deymon, Tom Holland, Enn Xeteuey, Zendaya, Lyupita Nionqo, eləcə də Robert Pattinsonla Şarliz Teron iştirak edəcəklər.
Nolanın "Odisseya" adlı bu yeni filmin istehsalına 2025-ci ilin birinci yarısında başlayacağı gözlənilir. Filmin ssenarisini Kristofer Nolan və onun həyat yoldaşı Emma Tomas yazır.

Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 Dekabr 2024 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see239

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see238

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see232

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see229

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see222

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see219

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see219

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see200

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see194

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see188

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see183

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see176

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri