Məşhur yazıçının romanı ekranlaşdırılacaq
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
Məşhur amerikalı yazıçı Con Steynbekin 1952-ci ildə qələmə aldığı "Cənnətdən şərqə doğru" romanı əsasında Florents Pyunun baş rolda çıxış etdiyi 7 bölümlük "Netflix" serialı çəkiləcək.
Kulis.az xəbər verir ki, Zoi Kazanın ssenarisi əsasında ərsəyə gələn ekran işi ailə irsi, yaxşı və pisin mübarizəsi, azad iradə və seçimlər mövzusuna fokuslanır.
Tövratdakı Qabil və Habil rəvayətindən bəhs edən roman insanın keçmişinə və mənşəyinə baxmayaraq öz taleyini müəyyənləşdirmək imkanını müzakirəyə çıxarır.
Əsərin 1955-ci ildə Elia Kazan tərəfindən çəkilmiş məşhur filmindən fərqli olaraq, yeni platforma uyğunlaşdırması romanın ilk hissələrinə, xüsusən Keti Eyms obrazının keçmişinə və Trask ailəsinin əvvəlki nəsillərinə də geniş yer ayırır.
Qeyd edək ki, ssenari müəllifi Zoi Kazanın məhz Elia Kazanın nəvəsi olması layihəyə xüsusi rəmzi məna qazandırır.
"Arzum budur ki, dəlilik həddinə çatacaq qədər seviləsən..." - Andre Breton 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Kamal Abdullanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr olundu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 08 Oktyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















