Məşhur rusiyalı müğənninin adı Ukraynanın Mirotvorets saytının məlumat bazasına daxil edildi
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyalı müğənni Tatyana Bulanova Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "PostNews" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, sənətçinin siyahıya salınmasına səbəb onun Ukraynadakı müharibədə iştirak edən yaralı hərbçilər qarşısında çıxış etməsi olub.
Bulanovanın "Mirotvorets" saytındakı kartında onun müharibə təbliğatı ilə məşğul olduğu və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməyə cəhd etdiyi bildirilir.
Resurs, həmçinin müğənnini Rusiya hökumətinin Ukraynaya və onun vətəndaşlarına qarşı cinayətlərinin ortağı da adlandırır.
Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Avqust 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















