Məşhur türkiyəli müğənni Güllünün sirli ölümü ilə bağlı müdirindən iddia: Qızı anasını öldürdüyünü etiraf edib
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Türkiyənin Yalova şəhərinin Çınarcık rayonunda sentyabrın 26-da yaşadığı altıncı mərtəbənin pəncərəsindən yıxılaraq həyatını itirən məşhur müğənni Güllünün ölümü ilə bağlı istintaq davam edir.
Güllünün İstanbulda səhnə aldığı əyləncə məkanının sahibi Ferdi Aydın iki şahid ilə birlikdə Yalova Ədliyyəsinə gəlib və şokedici iddialar irəli sürüb.
Bu barədə Oxu.Az DHA-ya istinadən xəbər verir.
Ferdi Aydın verdiyi ifadədə Güllünü müğənninin qızı Tuğyan Ülkem Gülterin öldürdüyünü iddia edib və dəlil kimi "WhatsApp" yazışmalarını səlahiyyətlilərə təqdim edib.
Aydının sözlərinə görə, Tuğyan Ülkem Gülter ailə dostları Bircana göndərdiyi mesaj və videoda anasını öldürdüyünü etiraf edib.
"Güllü bacının öldürüldüyünü düşünürük. Ailə dostu Bircan xanımın da etirafları var. Tuğyan Bircanın evinə girib, qadını qorxudub və telefonundakı bütün səs yazılarını zorla sildirib.
Mesajların səs yazıları məndədir. İndi onları dosyeyə əlavə edəcəyik. Tuğyanın keçmiş sevgilisinin səs qeydləri var və orada qızın narkotikdən istifadə etdiyi, pis qadın olduğu bildirilir. Bircanın da videosu var. "Tuğyan ona etiraf edib ki, "Kaş anamı bu şəkildə öldürməsəydim. Sümükləri parçalandı, kədərləndim". Mən Tuğyanın qatil olduğu qənaətindəyəm. Bütün bunları sübut kimi qeydə təqdim edəcəyəm", - deyə iş adamı vurğulayıb.
"İfadəmdə bildiklərimi danışdım. Şahidlər də ifadələrini verəcəklər. Bildiyimiz hər şeyi vəkillərin yanında danışacağıq", - deyə o əlavə edib.
Ferdi Aydın başqa gizli şahidlərin də olduğunu nəzərə çatdırıb.
"Bundan sonrası artıq dövlətimizin əlindədir. Qeydlər ən yaxınların səs yazılarıdır. Bütün Çinarcık Tuğyanın qadağan olunmuş maddələrdən istifadə etdiyini və hər şeyə qadir olduğunu söyləyir", - deyə o bildirib.
Xatırladaq ki, Güllünün ölüm səbəbinə dair məhkəmə-tibbi ekspertizanın rəyinə görə, ölüm hündürlükdən yıxılmaqla əlaqədar əmələ gələn sınıqlar, beyin qanaması və daxili qanaxmalar nəticəsində baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 Oktyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















