Icma.az
close
up
RU
Məşhur uzman həkim rus ədəbiyyatına görə imtahandan kəsilib? Nazirlik açıqladı

Məşhur uzman həkim rus ədəbiyyatına görə imtahandan kəsilib? Nazirlik açıqladı

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, ötən həftə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ölkəmizdə fəaliyyət göstərən türkiyəli uzman fizioterapevt Musa Kılıçın peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahanda müvafiq keçid balını toplaya bilmədiyini açıqlayıb.

Ölkə.Az xəbər verir ki, bu da Musa Kılıçın Bakıdakı 7 illik fəaliyyəti ilə bağlı müzakirələrə səbəb olub.

Uzman periodontoloq (diş əti mütəxəssisi) Valeh Qəhrəmanov isə sosial şəbəkələrdə iddia edib ki, M.Kılıçın imtahanda keçid balını toplaya bilməməsinin səbəbi nazirliyin 20 il əvvələ aid tibbi ədəbiyyat əsasında sual hazırlamasıdır:

“Məsələ burasındadır ki, Səhiyyə Nazirliyinin keçirdiyi sertifikasiya imtahanında 20 il əvvəlki rus ədəbiyyatı əsas götürülür. Hansı ki həmin məlumatlar ya kökündən səhvdir, ya da metodlar köhnəlib və ya dəyişdirilib. Həkim də sertifikasiya imtahanından keçmək xətrinə səhv cavabları əzbərləyib gedib düz kimi işarələməlidir ki, imtahandan keçsin”, - deyə o yazıb.

Ölkə.Az sualların köhnə metodlar əsasında hazırlanması iddiaları ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin Sertifikasiya Şurasından Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sertifikasiya sual bazası daima yenilənir:

“Yenilənmə qanunvericiliyə uyğun olaraq hər il ümumilikdə 20% təşkil edir. Yenilənmə ilə yanaşı sual bazasında öz aktuallığını itirmiş bir sıra suallar çıxarılıb. Lakin təəssüflə qeyd edilməlidir ki, hazırda tibb işçiləri əvvəlki illərdə istifadə edilən, bir çox hallarda isə hazırkı test bazasında mövcud olmayan suallar və ya bu suallar toplusu üzərində hazırlanan tətbiqlərdən istifadə edirlər. Təbii ki, tibb işçiləri bu tətbiqlərdə istifadə edilən və müasir təbabətdə öz aktuallığını itirmiş sualları gördükdə haqlı narazılıqları yaranır. 
Sertifikasiya imtahanlarına hazırlaşmaq məqsədilə Sertifikasiya Şurasının saytında test nümunələri qeyd edilib. Bu nümunələrdə ilk növbədə testlərin hazırlanması zamanı istifadə edilən ədəbiyyat göstərilir. Əsas məqsəd tibb işçisinin bu ədəbiyyatı və ya klinik protokolu oxumağa sövq etməkdir. 

Həmçinin, tibb işçiləri sertifikasiya imtahanlarında onların fikrinə görə, səhv tərtib edilmiş suallara rast gələrlərsə rahatlıqla müvafiq təsdiqedici istinad ədəbiyyatı təqdim etməklə apelyasiya müraciəti edə bilərlər”.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Mart 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri