Icma.az
close
up
RU
Məşhurların övladları: Əli Nağıyevin hüquqşünas qızı

Məşhurların övladları: Əli Nağıyevin hüquqşünas qızı

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Bizim.Media xəbər verir ki, “modern.az” əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyevin qızı barəsində araşdırma aparıb.
O Əli Nağıyev ki, hakim Yeni Azərbaycan Partiyasını yaradan 91 nəfərdən biri olmaqla uzun müddət mərhum eks-prezident Heydər Əliyevə ən yaxın məmurlar sırasında 1-ci dayanıb.  
Vaxtilə Yeni Azərbaycan Partiyasının ən nüfuzlu liderlərindən  sayılan Ə.Nağıyev Heydər Əliyevin zamanında YAP-da ikinci şəxsi-sədr müavini idi. Heydər Əliyevin hakimiyyətə gəlməsində, YAP-ın qurulmasında mühüm xidmətləri olan Əli Nağıyev hakim komandada iddialı fiqur sayılırdı. Bəzi məlumatlara görə, hakim komandada Əli Nağıyevi istəməyən bir sıra yüksək çinli məmurlar İlham Əliyev prezident seçiləndən sonra onun “vurulması”na çalışırdılar və buna nail ola bildilər.
Prezident İlham Əliyev hakimiyyətə gələndən bir neçə il sonra – 2006-cı ilin fevralında Əli Nağıyevi nazir postundan azad etdi.
2006-cı il mayın 15-də Ə.Nağıyev prezidentin sərəncamı ilə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olundu. O, 5 il Azərbaycandan uzaqda diplomatik xidmətdə çalışdı. 20 aprel 2011-ci il tarixində isə ölkə başçısının sərəncamı ilə səfir postundan geri çağırıldı.
Diplomatik işdən geri çağrılan sabiq nazir indi sərəncamdadır və onun yenidən hansısa vəzifəyə təyin olunub-olunmayacağı məlum deyil.
Bəzi məlumatlara görə, Ə.Nağıyev səfirlikdən geri çağırılandan sonra ona Milli Məclis aparatında ortabab bir vəzifə təklif olunub, amma eks-nazir bundan imtina edib.
Vaxtilə YAP-ı quranlardan olan Ə.Nağıyev 2006-2011-ci illərdə Azərbaycanın Belarusdakı səfiri vəzifəsində çalışarkən “Diplomatik xidmət haqqında” qanuna müvafiq olaraq, hakim partiya sıralarından da kənarda qalmışdı.  
Yeni Azərbaycan Partiyası 2012-ci ildə onun ərizəsinə baxaraq yenidən öz sıralarına bərpa edib. Amma Ə.Nağıyev partiyanın mühüm işlərində kənarda qalır.
O, hazırda işsizdir. Modern.az-a müsahibəsində eks-nazir vaxtını ailəsilə, kitab oxumaqla, musiqiyə qulaq asmaq və üzgüçülüklə məşğul olmaqla keçirdiyini söyləyib. “Hər gün 500 metr üzürəm. Ayda bir-iki dəfə Azərbaycanın rayonlarına gedirəm. Düşünürəm ki, xarab adamla oturub vaxtımı niyə boş yerə xərcləməliyəm?! Kimlə oturursan, 10 dəqiqədən sonra bazar söhbətinə keçir. Ona görə də bu cür maraqlı məşğuliyyətlərlə vaxtımı keçirirəm. İşə gəlincə, yəqin ki, bir iş tapıb məşğul olaram”-deyə o, bildirib.
Qeyd edək ki, Əli Nağıyevin iki övladı var. Onun həm qızı, həm də oğlu Moskva Beynəlxalq Münasibətlər Universitetini qurtarıblar. Qızı Moskvada, oğlu Bakıda yaşayır.
Eks-nazirin qızı Əminə Nağıyeva 2003-cü ildə Rusiya XİN-i yanında Beynəlxalq Münasibətlər İnstitutunun (MBMİ) Beynəlxalq hüquq fakultəsinin beynəlxalq ictimai hüquq bölməsinə daxil olub. 2008-ci ildə həmin bölməni hüquqşünas ixtisası üzrə bitirib və xarici dilləri (fransız, ingilis) bilən beynəlxalq hüquqşünas kimi kvalifikasiya alıb.
Əminə Nağıyeva 2009-cu ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının aspiranturasına daxil olub. 2012-ci ilin martında "Beynəlxalq hüquq. Avropa hüququ" ixtisası üzrə elmi dərəcə almaq üçün "MDB-yə üzv dövlətlərin ərazisində beynəlxalq regional təşkilatların hüquqi statusu" mövzusunda dissertasiya müdafiə edib.
Ə.Nağıyeva 2012-ci ilin sentyabrında Rusiya XİN-i yanında Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının müəllimi vəzifəsinə qəbul edilib. Diplomatik və konsul hüquqü üzrə ixtisaslaşan xanım Nağıyeva hazırda MBMİ-nin Beynəlxalq hüquq kafedrasında müəllim işləyir, hüquq elməli namizədir.
Evlidir, bir oğlu var.
Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 İyul 2026 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri