Icma.az
close
up
RU
“Məşqçilik stressli işdir” Ayxan Abbasov

“Məşqçilik stressli işdir” Ayxan Abbasov

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Komandamı və azarkeşlərimizi təbrik edirəm. Səfərdə bizi tək qoymadılar, yaxşı dəstək oldular. Çoxdandır ki, bu xalı, qələbəni haqq edirdik. Önəmli oyun idi. Qışdan sonra “Səbail” bircə “Qarabağ”a uduzmuşdu. Mövsümün ikinci yarısına çox yaxşı başlamışdılar. İlk dəqiqələrdə oyunumuz istədiyimiz kimi alınmadı. Ondan sonra futbolçularım toparlandı, tapşırıqları yerinə yetirməyə çalışdılar. İkinci hissə tam üstünlüyümüz şəraitində keçdi. Böyükhesablı qələbə ola bilərdi. Premyer Liqada qalmaq üçün sona qədər biz də mübarizə aparacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Səbail” oyunu (2:0) sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Bu qələbə gələcək oyunlara komandanı kökləməyə nə dərəcədə təsir edəcək?

– Rəqibimizdən 6 xal irəlidəyik. Qışdan sonra pis oyunumuz olmamışdı.Təəssüf ki, uduzurduq. Sadə səhvlər edirdik. Futbolçularda konsentrasiya yaxşı idi. Müdafiədə yaxşı oynadıq. Qələbə gələcək üçün motivasiyadır. 

– İki fərqli hissə izlədik. Niyə ilk hissədə oyununuz alınmadı?

– “Səbail” matça yaxşı başlamışdı. Onlar evdə çox yaxşı oynayırlar. Cavid Hüseynov gələndən komanda fərqlənir. Amma qapımız qarşısında təhlükə yox idi. 

– Sonuncu səfər qələbənizi sentyabr ayında qazanmışdız. 8 oyun idi ki, səfərdə qalib gəlmirdiz. Bu gün uduzsaydız, sonuncu pilləyə yuvarlana bilərdiz. Bu qədər yükün altından necə çıxdız?

– Bunların hamısını hər gün fikirləşirik. Məşqçilik stressli işdir. Bunu fikirləşsək də, komandaya biruzə verməməliyik. Sonuncu pilləyə düşə bilərdik. Bu gün sonuncu yerdəki komanda da dəyişə bilər. Fərq 4-6 xaldır. Bunu fikirləşib, tam da özümüzü stressə salmırıq. Amma onu da düşünürük ki, hər an sonuncu pilləyə düşə bilərik. Bu qələbə bizi daha da irəli apardı. 

– Kapitan sarğısı tez-tez dəyişir. Onu nəyə əsasən dəyişirsiz?

– Yeni kapitan lazım idi meydançada. Səbayıl Bağırov, Arsen Ağcabəyova güvənmişik. Onlar olmayanda, kapitanlığı Leroy Mikelsə vermişdik. O da olmayanda, sarğını Rafael Məhərrəmliyə veririk.

– Leroy Mikels “Sabah”a qarşı oynayacaq?

– Çətin. Ağır zədədir. “Sabah”la yoldaşlıq görüşündə ilk dəfə zədələnmişdi. “Zirə” və “Neftçi” ilə görüşlərdə ayağında sümük zədəsi yarandı. Müalicə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 03 Mart 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri