Messi klub sahibi oldu
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lionel Messi klub sahibi olub. Ulduz futbolçu İspaniyanın “Kornelya” klubunu alıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə 3-cü divizionda çıxış edən Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Rəsmi bəyanatda argentinalı futbolçunun bu addımının bölgə ilə bağlılığının göstəricisi olduğu vurğulanıb:
“Bu addım Messinin Barselona ilə sıx əlaqəsini, Kataloniyada idmanın və yerli istedadların inkişafına sadiqliyini təsdiqləyir. Bu, onun “Barselona”nın heyətində çıxış etdiyi illərdə yaranan və bu günə qədər qorunub saxlanılan bir bağdı”.
Əsası 1951-ci ildə qoyulan “Kornelya” ev oyunlarını 1500 yerlik “Nou Kamp Munisipal” stadionunda keçirir. Xatırladaq ki, 2023-cü ildən “İnter Mayami”də (ABŞ) çıxış edən 38 yaşlı Messi sıralarında dünya şöhrəti qazandığı “Barselona”nın formasını 2004-21-ci illərdə daşıyıb.
Baxış sayı:75
Bu xəbər 06 May 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















