Icma.az
close
up
RU
Messi tarix yazmağa davam edir: 927 qol, 421 assist, 74 frikik

Messi tarix yazmağa davam edir: 927 qol, 421 assist, 74 frikik

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

ABŞ-nin Major League Soccer (MLS) çempionatında “İnter Mayami” doğma meydanda “Montreal”ı 7:1 hesabı ilə məğlub edib.

Redaktor.az xəbər verir ki, gecənin əsas qəhrəmanı isə Lionel Messi olub. Argentinalı ulduz qarşılaşmada 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Bu, Messinin MLS karyerasında ilk dəfə bir oyunda dörd qol vurmasıdır.

Messi ilk qolunu 40-cı dəqiqədə birbaşa cərimə zərbəsindən vurub. 52-ci dəqiqədə fərqlənən argentinalı hücumçu 83-cü dəqiqədə het-trikini rəsmiləşdirib. O, matçın əlavə vaxtında yenidən cərimə zərbəsindən dəqiq zərbə endirərək pokerini tamamlayıb.

Beləliklə, Messi görüşdə iki birbaşa cərimə zərbəsi qolu vurub.

Messi həmçinin Luis Suaresin vurduğu qolda assist müəllifi olub. Bununla o, qarşılaşmanı 4 qol və 1 assistlə başa vurub.

Messi 74-cü cərimə zərbəsi qoluna çatdı

“Montreal”la görüşdəki iki cərimə zərbəsi qolu Messinin karyerası baxımından da xüsusi əhəmiyyət daşıyıb.

Messi 2026-cı il dünya çempionatında vurduğu cərimə zərbəsi qolu ilə bu göstəricini 72-yə çatdırmışdı. “Montreal” qarşısında vurduğu iki qol isə onun birbaşa cərimə zərbələrindən ümumi qol sayını 74-ə yüksəldib.

Beləliklə, statistikaya əsasən Messi 74 cərimə zərbəsi qolu ilə bütün zamanların bu göstəricidə ikinci futbolçusudur. Qarşıda 77 qolla Juninyo Pernambukano qərarlaşıb.

Messi karyerasında 927 qola çatdı

“Montreal”a qarşı poker Messi üçün daha bir əlamətdar göstərici ilə nəticələnib. Dörd qoldan sonra argentinalı futbolçunun peşəkar karyerasında vurduğu ümumi qolların sayı 927-yə yüksəlib.

Messinin karyera üzrə məhsuldar ötürmələrinin sayı isə son oyundakı assistdən sonra 421-ə çatıb.

Beləliklə, onun ümumi qol töhfələrinin sayı 1348-dir.

2026-cı ildə də inanılmaz statistika

Messi 2026-cı ildə “İnter Mayami” və Argentina millisinin heyətində yüksək məhsuldarlığını davam etdirir.

“Montreal”la oyundan sonra onun 2026-cı ildə 31 qolu var. Klub səviyyəsində isə Messi 2026-cı ildə “İnter Mayami”nin heyətində 21 qol və 11 assistlə yadda qalıb.

MLS-də “Montreal” qarşısındakı 4 qol Messiyə mövsümdə 18-ci liqa qolunu gətirib.

Messi – “Montreal” matçında

• 4 qol
• 1 assist
• 2 cərimə zərbəsi qolu
• 74 – karyerada birbaşa cərimə zərbəsindən qol
• 927 – karyerada ümumi qol
• 421 – karyerada assist
• 1348 – ümumi qol töhfəsi
• 31 – 2026-cı ildə klub və milli komanda üzrə qol
• 21 – 2026-cı ildə “İnter Mayami”də qol
• 11 – 2026-cı ildə “İnter Mayami”də assist

Messinin 4 qolu və 1 assisti sayəsində “İnter Mayami” “Montreal” üzərində 7:1 hesablı böyük qələbə qazanıb.

Turan ASLAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Avqust 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri