“Messinin transferi üçün 500 milyon təklif etmişdim”
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milanın “İnter” klubunun sabiq prezidenti Massimo Moratti 2012-ci ildə Lionel Messi üçün “Barselona”ya astronomik məbləğ təklif etdiyini boynuna alıb.
“Qafqazinfo” “Sport.es” nəşrinə istinadla xəbər verir ki, klubun keçmiş rəhbəri argentinalı ulduz üçün 500 milyon avroluq təklif göndərdiyini bildirib.
“2012-ci ildə bir dəlilik edib Messinin transferi üçün 500 milyon avroluq təklif irəli sürmüşdüm. O dövr üçün bu, ağlasığmaz məbləğ idi. Vitse-prezidentimi danışıqlar aparmaq üçün Barselonaya göndərdim. Lakin Messi hətta məktubu açmadı və detalını belə öyrənmədi. O, karyerası ərzində başqa heç bir komandaya satılmayacaq bir futbolçu olduğunu düşündüyü üçün təklifi oxumadan rədd etmişdi”, – deyə Moratti xatırlayıb.
Xatırladaq ki, Messi 2026-cı il dünya çempionatında vurulan 8 qolla 10 qol vuran Kilian Mbappedən sonra ikinci pillədə qərarlaşmışdı. Mundialın finalında İspaniya millisi əlavə vaxtda Ferran Torresin vurduğu qolla Argentinanı 1:0 hesabı ilə məğlub edərək çempion olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Sentyabr 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















