Məsud Pezeşkian yenə şeir oxudu, “duman” sözünü tərcümə edə bilmədi VİDEO
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran prezidenti Məsud Pezeşkian Omanda rəsmi səfərdə olarkən bu ölkədə yaşayan iranlılarla görüş keçirib.
Yenisabah.az xəbər verir ki, həmin görüşdə o, ustad Məhəmməd Hüseyn Şəhriyarın şeirini oxuyub.
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!
Azərbaycan türkcəsi ilə oxunan şeiri fars dilinə çevirərkən Məsud Pezeşkian çətinlik çəkib.
İran prezidenti “duman” sözünün mənasını tapmaq üçün zalda toplaşan şəxslərdən kömək istəyib. Sonda bu türk sözünə fars dilində uyğun bir qarşılıq tapılmayıb.
Əziz Rzazadə
Bu mövzuda digər xəbərlər:Məsud Pezeşkian yenə türkcə şeir oxudu VİDEO
17 Aprel 2025 14:31
Məsud Pezeşkian 2 dildə şeir oxudu KONKRET
23 Oktyabr 2025 11:46
Pezeşkian yenə şeir oxudu, bu sözün farsca mənasını bilmədi VİDEO
29 May 2025 17:43
Pezeşkian yenə şeir oxudu, farslar etiraz etdi Video
17 Aprel 2025 13:51
Pezeşkian azərbaycanca şeir dedi VİDEO
17 Fevral 2025 00:09
Baxış sayı:74
Bu xəbər 30 May 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















