Məsul qurumlar qışa hazır deyil... Qar yağan kimi Astara və Lerikdəki dağ kəndlərində həyat iflic olub
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, hazırlıqsız yaxalanmaq baxımından bu qış da əvvəlkilərdən fərqlənmədi. Ölkənin cənubunda yağan qara görə bir həftə kəndlərlə rayon mərkəzi arasında əlaqə kəsildi.
Yanvarın 19-dan 23-nə qədər yağan qar Lerik, Astara rayonlarının dağ kəndlərində yaşayan əhalini ciddi çətinliklərlə üz-üzə qoyub. Kənd sakinlərinin verdiyi məlumata görə, onlar uzun müddət işıqsız, internetsiz qalıblar.
Həm Astara, həm də Lerik sakinləri rayon icra hakimiyyətlərinə kömək üçün müraciət ediblər, texnika göndərilməsini istəyiblər. Sakinlərin sözlərinə görə, bəzi hallarda texnika müraciətlərinə ümumiyyətlə, əhəmiyyət verilməyib. Elə hal olub ki, texnika göndərilsə də, yarı yoldan geri qaytarılıb.
Sakinlərin sözlərinə görə, köhnə traktoru olan həmkəndlilərinin köməyi ilə yolları açıb, vəziyyətdən çıxıblar.
Kənd sakinlərinin günlərlə çətin vəziyyətdə qaldığını Astara rayonunun Siyaku bələdiyyəsində üzvü Rüfət Əliyev də təsdiqləyir. Onun sözlərinə görə, yağan qar, aidiyyəti qurumların biganə münasibəti “insanlar niyə kənddə qalmaq istəmir?” sualına verilmiş cavab idi: “On gündən çoxdur Lerikin kəndləri ilə əlaqə kəsilib. Düzdür, insanlar qışa hazırlıqlıdır. Şükür, hər hansı bədbəxt hadisə baş verməyib. Amma onlarla kəndi, onminlərlə sakini sovetin köhnə traktorundan asılı vəziyyətdə saxlamağın heç bir ağlabatan cavabı yoxdur”.
Astara Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, yolların təmizlənməsi, hərəkətin bərpası üçün lazım olan addımları atıblar: “19 yanvar 2026-cı ildən başlayaraq yağan güclü qar nəticəsində Astara rayonunun Asxanakəran və Hamoşam kənd inzibati ərazi dairəsinə daxil olan 16 kəndlə nəqliyyat kəsilib, ərazidə qarın hündürlüyü 150 sm, bəzi yerlərdə 170 sm-ə çatıb. 21 yanvar 2026-cı ildən başlayaraq dağlıq relyefə malik olan Asxanakəran və Hamoşam kənd inzibati ərazi dairəsinə gedən Taxtanəkəran-Toradi avtomobil yolu, o cümlədən Asxanakəran və Hamoşam kənd inzibati ərazi dairəsinə daxil olan kənd ara yolları mövcud texnikalar vasitəsi ilə qardan təmizlənib, avtomobillərin hərəkəti bərpa olunub. Hazırda həmin kəndlərə gedən yollar nəqliyyatın hərəkəti üçün açıq vəziyyətdədir”.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 28 Yanvar 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















