Icma.az
close
up
RU
Məsumiyyət muzeyi: Bir eşqin, bir şəhərin və əşyaların hafizəsi

Məsumiyyət muzeyi: Bir eşqin, bir şəhərin və əşyaların hafizəsi

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Busə Kəskinin "Məsumiyyət muzeyi: Bir eşqin, bir şəhərin və əşyaların hafizəsi" yazısını təqdim edir.

1970-ci illərin İstanbulunda keçən bu hekayə, eşqin, xatırlamanın və əşyaların daşıdığı emosional yükün izində bir kişinin bir qadını deyil, onunla keçən zamanı sevmək biçimini anlatır.
“Həyatımın ən xoşbəxt anı imiş, bilmirdim”

Məsumiyyət Muzeyi – Orxan Pamukun 2008-ci ildə nəşr olunmuş romanı türk ədəbiyyatında yaddaşın, itkinin və arzunun ən incə təsvirlərindən biri kimi qəbul edilir. İndi, illər sonra, bu dərin qatlı hekayə "Netflix" platformasına daşınıb lakin yalnız bir ekranlaşdırma kimi deyil, romanın düşüncə dünyasına hörmətlə yanaşan yeni bir quruluş cəhdi kimi.

Rejissorluğunu Zeynep Günayın etdiyi, ssenarisini Ertan Kurtulanın qələmə aldığı serialda baş rolları Selahattin Paşalı və Eylül Lize Kandemir canlandırır. Heyətdə həmçinin Oya Unustası, Tilbe Saran, Bülent Emin Yarar, Gülçin Kültür Şahin və Ercan Kesal kimi ustad aktyorlar yer alır.

1970-ci illərin İstanbulunda keçən hekayənin mövzusu varlı bir ailənin oğlu Kamalla uzaq qohumu Füsun arasında başlayan ehtiraslı məhəbbətdir. Serial eşqin, xoşbəxtliyin, həsrətin və itirilmiş ehtimalların izi ilə çoxqatlı bir nəqliyyat quraraq izləyicini İstanbulun keçmişinə aparır.

Serial "Netflix"də yayımlanmağa başlayandan bəri “Məsumiyyət muzeyi" romanı kitab mağazalarında tükənməyə başlayıb. Sosial media axınları demək olar ki, tamamilə serialdan görüntülərlə dolub-daşır. Böyük ehtimalla qarşıdakı günlərdə İstanbulun Çukurcuma səmtində yerləşən və kitabla eyni adı daşıyan Məsumiyyət Muzeyi ziyarətçi axını ilə üzləşəcək.

Bir romanın, bir muzeyin və bir yaddaşın doğuluşu

Orxan Pamukun “Məsumiyyət muzeyi” romanı yalnız ədəbi əsər kimi deyil, eyni zamanda bir ideya kimi doğuldu. Pamuk sadəcə bir sevgi hekayəsi anlatmaqla kifayətlənmək istəmədi; bu hekayənin keçdiyi əşyaları da “real” bir muzeydə sərgiləyərək romanla gerçəkliyin sərhədlərini bulanıqlaşdırmağı hədəflədi. Beləcə həm bədii, həm də fiziki olaraq mövcud ola biləcək, xəyali bir hekayəni “real” obyektlərlə yaşadan layihə meydana gəldi.

Yazarın ifadəsi ilə, muzeyi gəzən bir ziyarətçi, roman qəhrəmanı Kamalın gerçək bir şəxs olduğuna inanan oxucu kimi, bir müddət sonra sərgilənən hekayənin də “gerçəkliyini” hiss edəcəkdi. Pamuk romanı qurarkən hər bir əşyanı bir hekayə daşıyıcısı kimi düşündü; bu səbəbdən muzey sadəcə sərgi məkanı deyil, duyğuların ensiklopedik bir lüğəti olaraq təsarlandı.

Pamuk üçün “Məsumiyyət Muzeyi” bir roman olmaqla yanaşı bir anlatım biçimidir. Yazar əşyalar üzərindən duyğuları danışarkən eşqi, səbirsizliyi, qısqanclığı, utancı və itkini əşyaların yaddaşında axtarır. Əşyalar romanın personajları qədər canlıdır; hər biri bir xatirənin, bir duyğunun somut izidir.

Yazarın uşaqlıqdan etibarən toplama, saxlamaya və nizamlamağa duyduğu maraq, bu muzey ideyasının emosional təməlini təşkil edir. Gənclik illərində rəssamlıqla məşğul olarkən formalar və obyektlər üzərində düşünməyi vərdişə çevirən Pamuk zamanla bu vizual marağı sözlərə daşıyır. "Mənim adım Qırmızı" romanında rəsm çəkən personajların daxili aləminə yönələn yazar, “Məsumiyyət muzeyi”ndə bu dəfə əşyaların emosional və tarixi yaddaşını təsvir edir.

Roman və muzey ideyasının ilk qığılcımı 1982-ci ildə Pamukun son Osmanlı şahzadələrindən Ali Vasıb Efendi ilə tanışlığından sonra yaranır. Şahzadənin sürgün həyatı, saraydan qopmuş bir kimliyin keçmişlə qurduğu bağ və yaddaşla hesablaşması Pamukun zehinində “bir həyatın muzeyə çevrilməsi” düşüncəsini oyadır. Bu qarşılaşma həm “Məsumiyyət Muzeyi”nin konseptual nüvəsini, həm də yazarın sonrakı əsərlərində işlədiyi “şəxsi tarix” mövzusunun başlanğıc nöqtəsini təşkil edir.

1999-cu il zəlzələsindən sonra Pamukun Cihangir və Çukurcuma səmtlərində etdiyi gəzintilər hekayənin məkanını tapmasına vəsilə olur. Köhnə bir bina həm romanın keçdiyi yerə, həm də sonradan açılacaq muzeyin real ünvanına çevrilir. Bu bina həm Kamalın eşqinin məkanı, həm də ziyarətçinin hekayəyə daxil olacağı bir səhnə olur.

2012-ci ilin yazında açılan Məsumiyyət Muzeyi romanda təsvir olunan obyektləri birəbir sərgiləyən yaddaş məkanı kimi gerçəkləşir. Hər bir əşya — Füsunun sırğası, bir alışqan, bir ətir şüşəsi, bir siqaret kötüyü — Kamalın itirilmiş sevgisinin şahididir. Ziyarətçilər vitrinaları gəzərkən yalnız əşyaları deyil, bir həyatın izlərini izləyirlər. Beləliklə, muzey bir anlatının məkanlaşmış formasına çevrilir.

Romanla muzey arasındakı bu keçid Orxan Pamukun ədəbiyyat anlayışında mühüm yer tutur. Roman muzeyə, muzey isə romana çevrilir. Bu ikili quruluş “gerçək ilə bədii” arasındakı xətti silikləşdirir. Pamuk bir romanın yalnız oxunan deyil, içində gəzilə bilən bir təcrübə sahəsi olmasını təmin edir.

Yazarın ifadəsi ilə, bu layihə “real əşyaların məsumiyyətində gizlənmiş xəyali bir hekayədir”. “Məsumiyyət Muzeyi” bir sevgi hekayəsindən çox, insanın əşya, yaddaş və zamanla qurduğu münasibətin anlatısıdır.

“Əşyanın məsumiyyəti” və xatırlamanın suçu

Romanın mərkəzində Kamalın Füsuna duyduğu məhəbbət ətrafında inkişaf edən bir “əşyalar arxeologiyası” var. Kamal itirdiyi qadının ardınca onunla yaşadığı hər anı əşyalar vasitəsilə yenidən qurur. Bu, sadəcə toplamaq deyil, xatırlama arzusunun maddi formasıdır.

Bir siqaret kötüyü, bir toka, bir fincan - hər biri bir zamanın, bir baxışın, bir toxunuşun daşıyıcısına çevrilir. Əşyalar Füsunun yoxluğunda onun varlığını davam etdirməyin yeganə yoluna dönür. Pamukun qurduğu “əşya–xatirə korelyasiyası” serialda vizual yaddaş xəritəsinə çevrilir: obyektlər estetik detal deyil, emosional şahidlərdir.

Serialın yaradıcılarının ən diqqətçəkən seçimi isə Orxan Pamuku həm romanın müəllifi, həm də serialın içində bir yazıçı obrazı kimi hekayəyə daxil etmələri olub. Bu çoxqatlı quruluş romanın onsuz da gerçək ilə xəyali sərhədləri bulanıqlaşdıran təbiətinə vizual əks-səda verir.

Sevgi, yoxsa obsessiya?

Serialın diqqətçəkən tərəflərindən biri romanın mərkəzindəki asimmetrik sevgini mühakimə etmədən təqdim etməsidir. Kamalın sevgisi intensiv, sahibkar və xatırlamaya bağlı bir ehtirasdır. Füsunun sevgisi isə susqun, basdırılmış və ictimai çərçivələr daxilində formalaşan bir duyğudur.

Bəzi tənqidçilər Kamalın özündən xeyli gənc bir qadınla münasibətini əxlaqi baxımdan sual altına alır; bəziləri isə onun əşyaları toplamasını obsesiv davranış kimi yozur. Lakin hekayənin mərkəzində saplantıdan çox, bir insanın eşqi necə yaşadığını görürük.

Dövr estetikası: 1980-lər İstanbulunun duyğu yaddaşı

Ekran işi yalnız bir sevgi hekayəsini deyil, eyni zamanda 1980-ci illər İstanbulunun ictimai toxumasını incəliklə yenidən qurur. Dövrün işığı, geyimləri, interyer detalları və musiqilər həmin atmosferi nostaljik kartpostal estetikasına düşmədən yaşadır.

Nəticədə “Məsumiyyət Muzeyi” serialı təkcə bir ekranlaşdırma deyil, Orxan Pamukun ədəbi kainatına kinematoqrafik ehtiramdır: bir kişinin bir qadını sevməsinin, onu itirməsinin və o itkini əşyalar vasitəsilə əbədiləşdirməsinin hekayəsi.

Bəlkə də hər şeydən önəmlisi odur ki, bu ekran işi bizə həmin cümləni yenidən düşündürür:
“İnsan birini deyil, onunla keçən zamanı sevir. Və bəzən o zamanı yalnız əşyalar xatırlayar”

Bütün bu qatları ilə “Məsumiyyət Muzeyi” Azərbaycan və türk televiziya məkanında vizual yaddaşı mərkəzə alan ən incə işlərdən biri kimi ön plana çıxır; yalnız bir ekranlaşdırma deyil, bir duyğunun, bir dövrün və bir şəhərin necə xatırlandığının hekayəsidir.

Ortalığa atılan və ortalığı batıran "alimlər" - Fazil Mustafadan Firudin Cəlilova cavab “Qış nağılı” festivalında kamera axşamı keçirildi "Suda yenidən doğulanlar" - Kerol Förmenin sərgisindən reportaj
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:391
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Fevral 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri