Icma.az
close
up
RU
Met Gala öncəsi qalmaqal: Bezosa bu üsulla etiraz etdilər

Met Gala öncəsi qalmaqal: Bezosa bu üsulla etiraz etdilər

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Met Gala ərəfəsində Nyu-Yorkdakı Metropoliten Muzeyinin əməkdaşları muzey ətrafında sidiyə bənzər maye ilə doldurulmuş yüzlərlə şüşə aşkarlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə New York Post yazıb.
Məlumata görə, qeyri-adi etiraz aksiyası Met Gala-nın builki həmsədrlərindən biri, “Amazon”un qurucusu Ceff Bezosa qarşı yönəlib.
Aksiya “Amazon” anbarlarında çalışan işçilərin fasiləyə vaxt itirməmək üçün şüşələrə sidik ifraz etməyə məcbur qaldıqları barədə illərdir səslənən iddialara işarə kimi təşkil olunub.
Etirazın arxasında özünü milyarderlərə qarşı çıxan fəallar qrupu kimi təqdim edən “Everyone Hates Elon” təşkilatının dayandığı bildirilir.
Qrupun açıqlamasında qeyd olunub ki, Bezos lüks tədbir və məşhurların arxasında gizlənərək ona qarşı irəli sürülən ittihamları kölgədə qoymağa çalışır.
“Biz onun moda və məşhurların arxasında gizlənməsinə imkan verə bilməzdik. Buna görə də həmin iddiaları nümayiş etdirmək qərarına gəldik”, - deyə fəallar bildiriblər.
Aksiya çərçivəsində muzey ətrafına “sidik şüşələri” yerləşdirilib, onların yanında “Amazon” işçilərinin əmək şəraitini tənqid edən lövhələr və instalyasiyalar qoyulub.
İnstalyasiyalardan birində plastik şüşələr “Met Gala-nın VIP tualeti” kimi təqdim olunub. Lövhədə isə belə yazılıb:
“Met Gala həmsədri Ceff Bezosun şərəfinə quraşdırılıb. İstifadə edin, onun işçiləri üçün bu şərait tam uyğun sayılır”.
Muzeyin kənarında boş şüşələrlə dolu səbətlərin də qoyulduğu bildirilir. Fəallar bununla “Amazon” anbarlarında və çatdırılma sistemində çalışan işçilərin üzləşdiyi iddia olunan problemlərə diqqət çəkmək istəyiblər.
Qrup daha əvvəl dəfələrlə bəyan edib ki, “Amazon” əməkdaşları ağır iş qrafiki və tualetə məhdud çıxış səbəbindən bəzən şüşələrdən istifadə etməyə məcbur olurlar.
“Amazon” isə bu iddialarla bağlı əvvəlki açıqlamalarında problemin logistika, çatdırılma marşrutları və yol şəraiti ilə əlaqəli “sahəvi problem” olduğunu bildirib və məsələnin həlli üzərində işlədiyini qeyd edib.
 

Met Gala-dan bir neçə gün əvvəl Nyu-Yorkda Bezos əleyhinə müxtəlif şüarlar və plakatlar da yayılıb. Bəzi binaların üzərinə etiraz şüarları proyeksiya edilib, fəallar tədbiri “milyarderlərin dəstəklədiyi moda tamaşası” adlandıraraq boykota çağırıblar.


Qeyd edək ki, Met Gala dünyanın ən nüfuzlu moda tədbirlərindən biri sayılır. Bu il mərasimin əsas sponsorları və fəxri kuratorları arasında Ceff Bezos və onun nişanlısı Loren Sançes də yer alıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 May 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri