Meta ABŞ səlahiyyətlilərinə öz süni intellekt modellərindən hərbi məqsədlər üçün istifadə etməyə icazə verib
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Meta Korporasiyası (Rusiyada qadağan edilib, Rusiya Federasiyasında ekstremist kimi tanınıb) ABŞ dövlət qurumlarına süni intellekt (AI) texnologiyasına əsaslanan modellərindən hərbi məqsədlər və milli təhlükəsizlik sahəsində istifadə üçün etməyə icazə verib. Bu barədə şirkətin beynəlxalq əlaqələr üzrə prezidenti Nik Kleqin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.
Qeyd olunur ki, korporasiya tərəfindən hazırlanmış və Llama adlı açıq mənbəli süni intellekt modelləri ABŞ hakimiyyət orqanları ilə müdafiə və milli təhlükəsizlik sahəsində əməkdaşlıq edən bizneslər üçün də əlçatan olacaq. Bu çərçivədə Meta artıq IBM, Lockheed Martin, Microsoft və Oracle daxil olmaqla texnologiya və müdafiə sektorlarında digər əsas oyunçularla işləyir. Microsoft öz növbəsində bu texnologiyanı dövlət qurumları tərəfindən “məxfi məlumatların saxlanması üçün” istifadə etdiyi bulud xidmətlərində tətbiq edib.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 05 Noyabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















