Metal qablardakı konservlər xərçəng xəstəliyi yarada bilər
Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dəmir, metal qablardakı konserv məhsullarına üstünlük vermək xərçəngə tutulma riskini artırır.
Medicina.az xəbər verir ki, terapevt Marqarita Koroleva metal qablarda satılan konserv məhsullarının tez-tez yeyilməsinin təhlükələrinə diqqət çəkib.
O qeyd edib ki, qida metalla təmasda olduqda, toksinlərlə çirklənə bilər. Bu maddələr orqanizmə daxil olduqdan sonra xərçəng şişlərinin yaranmasına təkan verən amillərə çevrilə bilər:
"Konserv qabının özündən qidaya zəhərli elementlər keçə bilər. Bu, xərçəngin inkişafına səbəb ola biləcək prosesləri gücləndirən bir amildir. Əgər insanda onsuz da mövcud olan sağlamlıq problemləri varsa, metal qablardakı konserv məhsullarının müntəzəm istehlakı xərçəng riskini artırır".
Həkim əlavə edib ki, konserv məhsullarının digər bir təhlükəli cəhəti onların tərkibindəki çox yüksək duz miqdarıdır. Mütəxəssis, artıq yüksək qan təzyiqindən əziyyət çəkən və ya təzyiqin qəfil yüksəlməsinə meyilli olan şəxslərə konservləşdirilmiş qidalardan tamamilə uzaq durmağı tövsiyə edir.
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 29 Oktyabr 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















