Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Mətbuat qələmin gücü ilə haqq savaşının sədasını dünyaya çatdırdı

Mətbuat qələmin gücü ilə haqq savaşının sədasını dünyaya çatdırdı

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”. – Ulu Öndər Heydər Əliyev

“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”. – Prezident İlham Əliyev

1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. Zərdabi işığını görən, milli mətbuatın inkişafının zərurətini anlayan dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev öz hakimiyyəti dövründə bu sahədə ciddi islahat tədbirləri görmüşdür. “Əkinçi” günəşinin solmaması üçün əlindən gələni edən əbədiyaşar mütəfəkkir 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra ölkənin mətbuat siyasətində də mühüm dəyişikliklər baş verdi. Bu dövrdə mətbuatın azadlığı və müstəqilliyin təmin edilməsi üçün əmin addımlar atıldı. Ulu Öndər Heydər Əliyev öz çıxışlarında demokratik prinsiplərə sadiq qalaraq, mətbuatın cəmiyyət üçün əhəmiyyətli bir güc olduğunu və onun müstəqil fəaliyyət göstərməsinin vacibliyini vurğulayırdı. Mətbuatın inkişafı ilə yanaşı Ulu Öndər Heydər Əliyev jurnalistlərin peşəkarlığının artırılması və onların sosial müdafiəsinin təmin edilməsi üçün də müxtəlif tədbirlər həyata keçirmişdir. O, jurnalistlərin təhsil səviyyəsinin yüksəldilməsi, onların peşəkar fəaliyyətlərinin stimullaşdırılması və sosial təminatlarının yaxşılaşdırılması üçün müxtəlif layihələr və proqramların başlanğıc təməllərini qoymuşdur.

Önəmli nüanslardan biri də İkinci Qarabağ Müharibəsi mövzusudur. İkinci Qarabağ müharibəsində Azərbaycan mediası mühüm rol oynadı və informasiya müharibəsində aktiv iştirak etdi. Azərbaycan televiziyaları, xəbər agentlikləri və onlayn platformalar müharibənin gedişi barədə müntəzəm məlumatlar yaydılar. Sosial media kanalları vasitəsilə hərbi uğurlar və erməni qüvvələrinin törətdiyi ziyanlar haqqında məlumatlar geniş auditoriyaya çatdırıldı. Rəsmi dövlət kanalları milli birlik və vətənpərvərlik ruhunu gücləndirmək üçün xüsusi proqramlar hazırladı. Mediada qəhrəman əsgərlərin hekayələri və mülki əhalinin dəstək aksiyaları geniş işıqlandırıldı. İnformasiya blokadasını yarmaq məqsədilə beynəlxalq media ilə sıx əməkdaşlıq edildi. Dezinformasiya və propaqanda ilə mübarizə aparmaq üçün sürətli və dəqiq informasiya təminatı həyata keçirildi. Müharibənin gedişi zamanı cəbhə bölgəsindən canlı yayımlar təşkil olundu. Azərbaycan mediası dünya ictimaiyyətini Ermənistanın hücumları və müharibə cinayətləri barədə məlumatlandırmağa çalışdı. Mətbuat müharibə dövründə həm də psixoloji dəstək verərək, xalqın moralını yüksək tutmağa kömək etdi.

Azərbaycan mətbuatı qələminin gücü ilə haqq savaşının sədasını dünyaya çatdırdı. Cəsur jurnalistlər, çətin şərtlərdə belə, həqiqəti axtarıb işıqlandırmaqdan geri durmadılar. Onların hər bir yazısı, bir millətin qürurunu və müqavimətini əks etdirən güzgü kimi idi. Sözlərin cəbhəsində savaşanlar, xalqın səsinə səs verərək tarix yazdılar. Bu mübarizənin hər sətiri, gələcək nəsillərə qəhrəmanlıq dastanı kimi yadigar qaldı.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyul 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri